Xayrpur (dairə)

Xayrpur (dairə) (urdu dilindəː ضلع خیرپور‎, ingilis dilindəː Khairpur District) — Pakistanın Sind əyalətinin 23 dairəsindən biri. İnzibati mərkəzi - Xayrpur şəhəri.[1]

Xayrpur
27°31′48″ şm. e. 68°44′24″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 15.910 km²
Mərkəzin hündürlüyü 61 m
Digər
khairpur.gos.pk
Xəritəni göstər/gizlə
Xayrpur xəritədə
Xayrpur
Xayrpur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xayrpur dairəsi mərkəzi və şimali Sind arasında yerləşir. Ərazisi 15 910 km²-dir. Şimalda Şikarpur və Sukkur dairələri ilə, qərbdə Larkan və Nouşəhre Feruz, cənubda Nəvvabşah və Sanqxar, şimalda isə Hindistan hüdudları ilə həmsərhəddir. Dairənin mərkəzi Xayrpur sənaye şəhəridir.[2] Bu şəhərdə pambıq, ipək və qida məhsullarının istehsalında müəyyən inkişafa nail olunmuşdu. Şəhərdə həmçinin dəridən müxtəlif məhsullar, ipəkdən geyimlər, kibritlər, sabun, ayaqqabı, siqaretlər və xalçalar istehsal edilir. Bu şəhər Pakistanın cənubi mərkəzi hissəsində, Hind çayından 11 mil aralıda, 18 km cənub istiqamətdə yerləşir. Xayrpur şəhəri Peşəvər, Kəraçi və Sukkurla dəmiryolu xətti ilə bağlıdır. Şəhərin əsası 1783-cü ildə Mir Söhrab Xan tərəfindən qoyulub. O Talpur ailəsinin Xaypur qolunun əsasını qoymuşdur. 1947-ci ildə Pakistanın yaranmasından sonra şəhər sənaye üzrə inkişaf yoluna qədəm qoymuşdur. Şəhərdə parklar, mir sarayı, xəstəxana, kitabxana və stadion mövcuddur.

2017-ci il əhali siyahıyaalnmasının məlumatlarına görə, Xayrpur əyaləti Kəraçi şəhərinin 4 dairəsindən sonra əhali sayının çoxluğuna görə əyalətdə 5-ci yeri tutur. Əhali sayı 2.4 milyon nəfərdir. Bu əhalinin 32.3̬%-i şəhər əhalisidir.

Xayrpur dairəsində əsasən sind dili, qismən də pəncab, urdu, bəluc və digər dillər yayılmışdır. dairə üzrə istifadə edilən dillərin faiz nisbəti aşağıdakı kimidirː

Sind dili: 93.9%

Pəncab dili: 3.2%

Urdu dili: 1.4%

Bəluc dili: 0.70%

Digər dillər: 0.92%[3]

Xayrpur dairəsində əsasən İslam dini geniş yayılmışdır. Bununla belə İslam dini ilə yanaşı Hinduizm, xirsitanlıq dinləri, əhmədiyyə dinləri də yayılmışdır. Qeyd etmək lazımdır ki, Əhmədiyyə bəzilərinə görə təriqət, bəzilərinə görə də müstəqil din hesab edilir. Müxtəlif dinlər üzrə Xayrpur dairəsində faiz nisbəti aşağıdakı kimidirː

İslam: 96.86%

Hinduizm: 2.93%

Xristianlıq: 0.09%

Əhmədiyyə: 0.07%

Digər dillər: 0.04%

Savadlılıq səviyyəsiː

[redaktə | mənbəni redaktə et]

2000-2001-ci illərdə Xayrpur dairəsində 3040 ibtidai və məscid məktəbləri qeydə alınmışdır. Bu məktəblərin 1085-i oğlanlar üçün hökumət ibtidai məktəbi, 310-u qızlar üçün, 670-i isə birgə təhsil almaq üçün nəzərdə tutulmuş təhsil müəssisləri idi.[4]

savadlı: 90%

savadsız: 10%

İnzibati quruluşu

[redaktə | mənbəni redaktə et]

Dairənin mərkəzi Xayrpur şəhəridir. Xayrpur 8 taluka, 76 birlik şurası, 11 şəhər, 6800 kənddən ibarət olub 1998-ci ilin siyahıyaalınmasına görə 810448 nəfəri kişi, 736139 nəfəri qadın olmaqla 1546587 nəfər əhalisi var idi.

8 taluka və yaxud da təhsil aşağıdakılardırː

  • Faiz Qunj talukası
  • Qambat talukası
  • Xayrpur talukası
  • Kinqri talukası
  • Kot Dici talukası
  • Nara talukası
  • Sobho Dero talukası
  • Tari Mir Va talukası

Birlik şuralarıː

  • BŞ №1 Tandu Masti
  • BŞ №2 Çan pur
  • BŞ №3 Maçyun
  • BŞ №4 Hacna Şah
  • BŞ №5 Şadi Şaheed
  • BŞ №6 Buqro
  • BŞ №7 Qujo
  • BŞ №8 Şah Ladani
  • BŞ №9 Mehr Ali
  • BŞ №10 Peer Manqion
  • BŞ №11 Şah Bhanqio
  • BŞ №12 Ubhri
  • BŞ №13 Nur Pur
  • BŞ №14 Peer Badal
  • BŞ №15 Hadal Şah
  • BŞ №16 SadarJi Bhatyoon]]
  • BŞ №17 Manghanwari
  • BŞ №18 [[Rahooja Meer]]
  • BŞ №19 Mohial
  • BŞ №20 Kot Meer Muhammad
  • BŞ №21 Ulra
  • BŞ №22 Wada Mahesar
  • BŞ №23 Drib Mehar Şah
  • BŞ №24 Kolab Jial
  • BŞ №25 Laal Bəxş Kandhro
  • BŞ №26 Bhonbhatpur
  • BŞ №27 Peer Hayat Şah
  • BŞ №28 Sami
  • BŞ №29 Mera
  • BŞ №30 Madd
  • BŞ №31 Sagyoon
  • BŞ №32 Haji Abdul Kareem Xaral
  • BŞ №33 Sitharja Bala
  • BŞ №34 Gadeji
  • BŞ №35 Rasool Abad
  • BŞ №36 Daraza Sharif
  • BŞ №37 Kamal Dero
  • BŞ №38 Xemtia
  • BŞ №39 Jado wahan
  • BŞ №40 Belharo
  • BŞ №41 Ali Muhammad Xan Sarohi abad / Village Ali Baxş Sarohi
  • BŞ №42 Razi Dero Kacho
  • BŞ №43 Munawarabad
  • BŞ №44 Ripri
  • BŞ №45 Şaheed Naseem Ahmed Xaral / Xaralabad
  • BŞ №46 Raheem Bəxş
  • BŞ №47 Jiskani
  • BŞ №48 Fateh Pur
  • BŞ №49 Jhando Maşaix
  • BŞ №50 Ali Muhammad Maçi
  • BŞ №51 Talpur Wada
  • BŞ №52 Baphu
  • BŞ №53 Nasir Fakir
  • BŞ №54 Ustad Atta Muhammad Hami
  • BŞ №55 Muhabat wah
  • BŞ №56 Layari (HussainAbad)
  • BŞ №57 Goondariro
  • BŞ №58 Sohu
  • BŞ №59 Hindyari
  • BŞ №60 Jaffar Xan Jalalani
  • BŞ №61 Saniso
  • BŞ №62 Mandan
  • BŞ №63 Tarko
  • BŞ №64 Xarirah
  • BŞ №65 Baqi Xan
  • BŞ №66 Mehar Veesar
  • BŞ №67 Deparja
  • BŞ №68 Talee
  • BŞ №69 Sabar Rind
  • BŞ №70 Moosan Şah
  • BŞ №71 Peer Budhro
  • BŞ №72 Akri
  • BŞ №73 Xuşxail
  • BŞ №74 Kandiyari
  • BŞ №75 Karam Xan Kubar / Rajper
  • BŞ №76 Bhangu Behan
  • BŞ №77 Razaabad
  • BŞ №78 Kot Lalu
  • BŞ №79 Punhal Rajper
  • BŞ №80 Umman Rajper
  • BŞ №81 Peer Abdul Qadir Şah
  • BŞ №82 Kot Jubo
  • BŞ №83 Dodo Faqeer Aradin
  • BŞ №84 Xenvari
  • BŞ №85 Tajjal Şareef
  • BŞ №86 Sikandarabad[5]

Xayrpur dairəsindən olanlar

[redaktə | mənbəni redaktə et]
  • Pir Pagaro - Pakistan Müsəlman Liqasının rəhbəri
  • Saçal Sarmast - XVIII əsr sufi şairi
  • Qaim Ali Şah - Sind əyalətinin sabiq baş naziri
  • Qous Ali Şah - Pakistanın sabiq müdafiə naziri və Sind əyalətinin sabiq baş naziri
  1. ""Khairpur: then and now - Daily Times". Daily Times. 6 February 2018". 8 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2019.
  2. "Khairpur history". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  3. 1998 District census report of Khairpur. Census publication. 86. Islamabad: Population Census Organization, Statistics Division, Government of Pakistan. 2000.
  4. "DISTRICT GOVERNMENT KHAIRPUR PROFILE". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  5. "Khairpur". 2019-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.