Kotva ticarət mərkəzi

Kotva ticarət mərkəzi
Obchodní dům Kotva
Ölkə Çexiya
Şəhər Praqa
Sayt Rəsmi sayt

Kotva ticarət mərkəzi (çex. Obchodní dům Kotva) — Praqadakı ticarət mərkəzi, şəhərin mərkəzindəki Respublika Meydanında yerləşir. Gündə 75 min ziyarətçiyə xidmət etmə imkanına sahibdir. Adı yaxınlıqdakı ən qədim binadan götürülmüşdür. "Palladium "ticarət mərkəzinin birbaşa qarşısında yerləşir.

Bir vaxtlar ticarət mərkəzinin yerləşdiyi yerdə Müqəddəs Benediktin Roma kilsəsi yerləşirdi. 13-cü əsrin ortalarına qədər bu yer Köhnə şəhərin qalaları ilə əlaqəli olan Tevton cəngavərlərin komtur qalası idi. 17-ci əsrdə Straxov Monastırından əvvəl bu bölgədə Norbertinum Universitet şəhərciyini qurulur. Domeniko Orsinin rəsmlərinə görə burada barok kilsəsi inşa edilir. Kilsə XVIII əsrin sonlarında Yeni şəhərin Soylu Qızlar İnstitutunun qurulması üçün sökülür. Yeni ticarət mərkəzinin inşasından əvvəl XIX və XX əsrlərin qiymətli memarlıq quruluşları dağıdılır. Tikintidə böyük tələsmə səbəbindən əhəmiyyətli bir arxeoloji bölgələr itirilir[1].

Kotva ticarət mərkəzinin tikintisi 1970-ci ildən 1975-ci ilə qədər davam etmişdir. Binanın memarları cütlük Vera Maxoninova və Vladimir Maxonin idi. İnşaat işləri o dövr üçün çox qeyri-adi olan İsveç şirkəti olan SIAB tərəfindən aparıldı. Binanın planı, istifadə sahəsi 22000 m² olan 28 bir-birinə qarışmış altıbucaqlılardan ibarətdir. Ticarət mərkəzinin yerdən beş mərtəbəsi, eyni sayda yeraltı (avtomobil dayanacağı və supermarket üçün), on eskalatoru (beş eskalatorun iki bloku) var. Bu ticarət mərkəzi sosializmin var-dövlətinin və zənginliyinin simvolu olmalı idi. Açılış zamanı Çexoslovakiyanın ən böyük ticarət mərkəzi və Avropada beşinci böyük bir ticarət mərkəzi olur[2]. Ancaq hətta sosializmin gücünün simvolu olmalı olduğu Kotva da məhsul tədarükü ilə bağlı problemlərdən yayına bilmədi, əksinə sosialist iqtisadiyyatının səmərəsizliyini göstərdi. 90-cı illərə qədər burada müxtəlif mallar satılırdı. İndi əsasən geyim və moda məhsullarına üstünlük verilir.

Memarlıq abidəsi statusu

[redaktə | mənbəni redaktə et]

2007-ci ildə tarixçi memar Rostislav Şvaha Çexiya Mədəniyyət Nazirliyinə, ticarət mərkəzinin binasını mədəni irs siyahısına daxil etməsinii təklif edir. Səbəb isə 1970-ci illərin birinci yarısında yüksək keyfiyyətli Çex memarlığının nümunəsi olması və onun bədii, dizayn konsepsiyası müharibədən sonrakı dünya memarlığında bir neçə istiqamət birləşdirməsidir. Bənzər bir üslub, Amerikalı memar-yenilikçi Frank Lloyd Rayt tərəfindən müharibələr arası dövrdə də istifadə edilmişdir[3]. Rostislav Şvahinin təklifi qəbul olunmur.

2016-cı ildə yeni bir tələb təqdim edilir. Bu dəfə 2019-cu ilin aprel ayından etibarən ticarət mərkəzinin binası Çexiyanın mədəniyyət abidəsi elan olunur[4].

  1. Vlček, Pavel. Staré Město, Josefov. — Vyd. 1. — Praha: Academia, 1996. — С. 640. — ISBN 80-200-0563-3.
  2. "История торгового центра «Kotva»". 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-11.
  3. "Jana Nováková: Stane se Kotva památkou?, Lidovky.cz, 15. 2. 2007". 2020-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-11.
  4. "Kotva se definitivně stala památkou. Proti rozhodnutí se neodvolal ani vlastník obchodního domu". Czech Television (çex). 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-14.