Krım Tatar Milli Qurultayı (krımtat. Qırımtatar Milliy Qurultayı, Къырымтатар Миллий Къурултайы) — Krım tatar xalqının nümayəndə orqanı və 1917-ci ildə Krım Xalq Respublikasının müstəqilliyini bəyan edərək onun parlamenti olan qurum.[1]
Rusiyada 1917-ci ilin martın 25-də baş vermiş Fevral inqilabından sonra Simferopol şəhərində Krımın şəhərləri və qəsəbələridən 1500 nümayəndədən ibarət olan Bütövkrım Müsəlman Qurultayı baş verib. Həmin ilin oktyabrın 1-2 arasında müsəlman icra komitəsinin başçısı Noman Çələbi Cihan komitənin keçirdiyi Krım tatar qurumların toplantısında Krım Tatar Milli Qurultayını təsis etməyə təklif edib. Təklif yekdilliklə qəbul olunub.[2]
Sovet dövründə törədilən deportasiyalara görə, 1950-ci və 60-cı illərdə Krım tatarların milli hərəkatı SSRİ boyu mərkəzsiz bir şəbəkə yaradıb, Özbəkistanda iclaslarını gizli şəkildə aparmağa məcbur idi. 1970-ci və 80-ci illərdə birgə məqsədləri, amma müxtəlif taktikaları olan qruplar formalaşıb. 80-ci illərin ortasında yeni təşkil üsulları üçün imkan yaradılıb.
Sovet dövründəki fasilədən sonra Qurultay yenidən 1991-ci ilin iyunun 26-da toplaşmağa başladı.[3] Qurultay Krım Tatar Milli Məclisinin 33 üzvünü seçib.[4]
Rusiya Krımı ilhaq edəndən sonra Qurultay Kiyevdə toplaşır. İlhaqçılar isə Simferopol şəhəridə özünə sadiq olanlar üçün qurultay keçirir. Kiyevdə keçirilən iclasda ilhaq olunan Krımın müftiyi Əmirəli Ablayev yenidən öz vəzifəsinə seçilmişdi. Kiyevdəki Qurultayın nümayəndələri muftiyyatı FSB tərəfindən idarə olunduğunda ittiham edirlər.
Eyni zamanda, ilhaqçılar Qurultay nümayəndələrə Krımdan Ukraynanın qitə hissəsinə keçməsinə maneə olurlar.[5]