Krım müharibəsi medalı

"Krım müharibəsi" medalıKrım müharibəsi səbəbilə yaradılan medal.[1][2]

"Krım müharibəsi" medalı
Kırım Harbi Madalyası

Ölkə Osmanlı imperiyası
Tip Medal
Kimə verilir
Krım müharibəsində döyüşmüş Osmanlı, İngiltərə, Fransa və İtaliya hərbçilərinə
Status Təqdim olunur
Statistika
Təsis tarixi 1856
İlk təltif
  • 1856
Son təltif
  • 1900
Təltif sayı 20.000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sultan Əbdülməcid dövründə (1839–1861) yaradılan medalın ön tərəfində zeytun budaqlarından meydana gələn çələng ortasında tuğra və Krım 1271 (1855/1856), arxa tərəfində silah və bayraqlardan yaranan gerbin altında La Crimea 1855 yazısı vardır. 36,5 mm həcmində, təxminən 24,25 qram ağırlığındakı medallar gümüşdən olmuşdur. Medalın dizayneri 1849-cu ildə Aya Sofyanı təmiri, 1855-ci ildə ingiliscəfransızca olaraq Krım medalı, 1863-cü ildə Kənd Təsərrüfatı və Sənət sərgisi və 1876-cı ildə Plevne müdafiəsi1877–1878-ci il Rus-Türk müharibəsi medallarını dizayn edən və Osmanlı zərbxanası üçün işləyən Ceyms Robertsondur.[3]

Digər dövlətlərdə istehsalı

[redaktə | mənbəni redaktə et]

Bu medal Krım müharibəsində Rusiyaya qarşı Osmanlı imperiyasının müttəfiqi olan Fransaİngiltərədə də istehsal edilmişdir.

Kraliça Viktoriya (1837–1901) dövründə İngiltərədə buraxılmış gümüş medalların ön tərəfində Kraliça Viktoriyanın şəkli, ətrafında Victoriya regina 1854 yazısı, arxa tərəfində Romalı döyüşçülər kimi geyinmiş döyüşçü və ona çələng taxan zəfər tanriçası (Viktoriya) və Crimea yazısı vardır.

36 mm həcmində, 31 qram ağırlığında olan bu medallar 1856-cı ildə Fransa tərəfindən də qəbul edilmişdir. Azov deyilən növləri dəniz qüvvələri mənsublarına ayrılmışdı.

  1. Christodoulou, Glenn. Medals of the Crimean War. 1985.
  2. Litherland, Joslin. British Battles and Medals. London: Spink. 1988.
  3. "James Robertson". 2009-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-31.