Krım tatarlarının milli futbol yığması

Krım tatarlarının futbol yığması — futbol üzrə beynəlxalq turnirlərdə Krım tatarlarını təmsil edən yığma. Yığma NF-Boardun üzvüdür. Krımtatar futbol ittifaqı tərəfindən idarə edilir.

Krım tatarlarının futbol yığması
Shirt badge/Association crest
KonfederasiyaNF-Board
Ev forması
Səfər forması

Qısa tarix[redaktə | mənbəni redaktə et]

Krım tatarlarının futbol yığması 2006-cı ildə ELF Cup yarışmasında iştirak etmək məqsədi ilə Şimali Kipr Türk Cumhuriyyətinin futbol federasiyası tərəfindən təşkil edilmişdir. Komanda yarışda beş oyun keçirmişdir. Üstəlik turnirin finalına belə çıxmışdır. Final yarışmasında yerli komandaya 1:3 hesabı ilə məğlub olmuşlar. Onlar yarım finalda isə FİFA-nın üzvü olan Qığızıstan milli futbol yığmasını məğlub edə bilmişlər. Komandaya Rüstəm Osman rəhmərlik etmişdir. Onun komandasıns daxil idi[1]:

  • Qapıçılar: Narmin Rustemoviç Osmanov (Neftçi Fərqanə), Nəriman Yaqubov (Krımteplisa), Səid-Dövlət Əbdürrəhmanov (Medik Simferopol);
  • Müdafiyəçilər: Arsen İsmailoviç Mustafaev (Feniks-İliçeves), Fevzi Sitsilmanoviç Əbukərimov (Krımgeofizika), Rizvan Reşatoviç Ablitarov (Dnepr Dneprpetrovsk), Denis Aleksandroviç Qolaydo (Tavriya; milliyətcə tatar deyildir. Sncaq milliyə töfsiyə edilmişdir.
  • Yarımmüdafiyəçilər: Arsen Şövkətoviç Ablyametov (Ximik Krasnoperekops), Cambek Ablyakimov (Neftçi Fərqanə), Fəxri Cəlalov (MOİK Moskva), İrfan İbrahimoviç Ametov (Flora Tallin), Ruslan Cəmilov (Medik), Marlen Ablyatipov (21 il (Krımgeofizika);
  • Hücumçular: Ruslan Əmirratlı, Xəlil Hayraddinov (Krımteplisa), Rüstəm Məhəmmədcanov, 15 il (UOR).

2016-cı ildə kimanda yenidən milli azlıqların təmsil olunduğu Avropeadaya yollanışdır. Yarışma Cənubi Tirolda[2] keçirilirdi. Komanda "Ədalət" adı ilə yarışmaya qatılmışdır. Burada Ukraynanın bir çox şəhərlərindən və Krımdan olan idmançılar toplaşmışdı. Onlar ilk görüşdə Qərbi-Frakiya müsəlmanlarını 3:0 hesabı ilə məğlub etmişlər[3]. Sonradan isə Rumınya macarlarına 1:6, Ladinlərə isə 0:8 hesabı ilə məğlub olmuşlar. Bununlada yarışmanı tək etmişlər[4]. Turnirdə komandanın məşqçiləri Elvin Kadırov və Elnur Amietov olmuşdur[5]. Yarışmada iştirak edən heyət:

  • Şevekt Caparov, Ennan Aşirov, Timur Kanataiev, Arsen Yaqubov, Lenzi Ablitarov, Əsər Alimov, Diliaver Osmanov, İbrahim Əliyev, Fikrət Alimov, Rüstəm Ablyaev, Artur Temirov, Təlyat Bilyalov, İslam Hüseynov.

Komandanın Krım yığması ilə heç bir əlaqəsi yoxdur. Krım yığması haqqında fikir 2016-cı ilin noyabrında söylənilmişdir[6].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Еще одна сине-жёлтая сборная". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-04.
  2. Сборная крымских татар по футболу прибыла на «Европеаду 2016» Arxivləşdirilib 2019-03-28 at the Wayback Machine  (rus.)
  3. «Адалет» лидирует в своей группе на Europeada-2016 Arxivləşdirilib 2017-04-02 at the Wayback Machine  (rus.)
  4. EUROPEADA 18. – 26.06.2016 : MATCHSCHEDULE Arxivləşdirilib 2016-06-06 at the Wayback Machine  (alm.)
  5. Adalet Arxivləşdirilib 2017-01-02 at the Wayback Machine  (alm.)
  6. Назло ФИФА: в Крыму появится своя футбольная сборная Arxivləşdirilib 2019-12-28 at the Wayback Machine  (rus.)