Yeni Federasiyalar Şurası — NF-Board (Nouvelle Fédération-Board — Yeni Federasiyalar Şurası) mövcud xüsusi vəziyyətləri səbəbi ilə FİFA-ya üzv olmayan BMT tərəfindən tanınmamış ölkələr və ya muxtar qurumlar kimi ərazilərin beynəlxalq futbol görüşlərini keçirmələri üçün 12 dekabr 2003-cü ildə qurulmuş bir təşkilatdır.
Qeyri-rəsmi olaraq bu ifadə Non-FİFA adlanır.
Non-FİFA-nın əsas məqsədi üzvləri arasında turnirlər təşkil etməkdir. Bu səbəbdən 2006-cı ilin dekabr ayında Dünya Kubokunu təşkil etmişdir.
Üzvlük Nömrəsi | Üzv | Ortaqlıq tarixi | Üzvlük tarixi | Müvəqqəti status tarixi | Qitə |
---|---|---|---|---|---|
FA00000 | Qərbi Səhra | 12 dekabr 2003 | - | - | |
FA00001 | Monako | - | - | 12 dekabr 2003 | |
FA00002 | Sapmi | - | - | 12 dekabr 2003 | |
FA00003 | Şimali Kipr | 12 dekabr 2003 | - | 25 mart 2006 | |
FA00004 | Tibet | 12 dekabr 2003 | - | 25 mart 2006 | |
FA00005 | Chagos Adaları | 12 dekabr 2003 | - | 25 mart 2006 | |
FA00006 | Zənzibar | 19 may 2004 | - | - | |
FA00007 | Somaliland | 19 may 2004 | - | 30 sentyabr 2006 | |
FA00008 | Çeçenistan | 11 iyun 2005 | - | - | |
FA00009 | Aşağı Saksoniya | 11 sentyabr 2005 | 25 mart 2006 | - | |
FA00010 | Saugeais Cümhuriyyəti | 11 iyun 2005 | 25 mart 2006 | - | |
FA00011 | Oksitanya | 11 iyun 2005 | - | 25 mart 2006 | |
FA00012 | Romanlar | 11 iyun 2005 | - | 25 mart 2006 | |
FA00013 | Sealand | 11 iyun 2005 | 25 mart 2006 | - | |
FA00014 | Qərbi Papua | 11 iyun 2005 | - | 30 sentyabr 2006 | |
FA00015 | Cənubi Moluccas | 11 iyun 2005 | - | 30 sentyabr 2006 | |
FA00016 | Cənubi Kamerun | 11 iyun 2005 | - | 30 sentyabr 2006 | |
FA00017 | Qrenlandiya | 13 oktyabr 2005 | - | 25 mart 2006 | |
FA00018 | Kiribati | 10 dekabr 2005 | - | - | |
FA00019 | Riyeka | - | - | 25 mart 2006 | |
FA00020 | Maasai | 25 mart 2006 | - | - | |
FA00021 | Rapa Nui | 30 dekabr 2006 | - | - |