Krımda şərabçılıq

Krımda şərabçılıq- aparıcı kənd təsərrüfatı sahələrindən biridir. Artıq iki min ildən artıq mövcuddur.

Krımda şərabçılıq, Krımın qədim yunan yaşayış məntəqələrində başladı. İlk mərkəzlərdən biri qədim Hersonisos yunanlar tərəfindən tikilmişdir. Daha sonra Bosfor krallığında, Feodoro knyazlığnda və Krım yarımadasında, Genuya kaloniyalarında davam etdirildi. Krımda Osmanlı dövrü şərabçılar üçün elə də yaxşı olmadı. Səbəb İslam dininin şərabçılığa qoyduğu qadağa idi. Müsəlman şərabçıları bu içki istehsalı üçün çubuqlarla cəzalandırılmasına baxmayaraq, onlar şərab istehsalını tamamilə məhv etməyə gətirib çıxaran vergilərə tabe olmadılar.[1]

Sovet Ittifaqı dövrü

[redaktə | mənbəni redaktə et]

24 aprel 1914-cü il tarixli "Üzüm şərabları haqqında qanun" bu sahənin təhlükəsizliyinin qanunvericilik səviyyəsinə yüksəlməsinə səbəb oldu. 25 May 1985-ci ildə "Sərxoşluq və alkoqolizmə qarşı mübarizə haqqında" qərarın qəbul edilməsi Krım və Sovet şarabçılığına ziyan vurdu. Bu dövrdə bir çox üzüm bağları məhv edildi və şərab istehsal edən fabriklər şirə ekstraktı istehsal edən fabriklərə çevrildi.[2] Bu sahənin tənəzzülü Sovet İttifaqının dağılmasından sonra daha da gücləndi və üzüm sahələrinin azalmasına gətirib çıxardı.

Krımda üzümçülük və şarabçılığın inkişaf mərhələsi, istehsalçıları Ukrayna bazarından Rusiya bazarına yönəldərək və Rusiyanın tənzimləyici çərçivəsinin şərtlərinə uyğunlaşma ilə əlaqədar çox mürəkkəb bir proses ilə xarakterizə olunur. Ümumiyyətlə, müdafiə mexanizmlərindən istifadə edərək, sənaye inkişafı və xarici bazarlara çıxma şansı (əsasən Asiya-Sakit okean regionu) saxlayır. 2017-ci ilin aprelində dünya bazarına çıxış cəhdi, Veronadakı bir sərgidə, Ukraynanın tələbi ilə, İtalyan polisi tərəfindən Krım şərablarının bütün partiyasının həbs olunması ilə sona çatdı.[3] Krımda üzüm bağlarının ümumi sahəsi 18 min hektardan çoxdur, 2014-cü ildə yarımadada 2,8 min hektar üzüm bağları qoyulmuşdur. Bölgənin üzümçülüyünə dövlət dəstəyi 4 il ərzində bir milyard rubldan artıqdır. Hazırda bir neçə Krım şərabçıları dünya şöhrətli müəssisələrdir: Massandra, Inkerman, Solnechnaya Dolina, Zolotaya Balka, Koktebel, Magarach, Satera, Novyi Svet.

  1. "Krımda şərabçılıq tarixi". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-04.
  2. "Rusiya standartlarına keçid". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-04.
  3. "Dünya bazarına çıxış cəhdi". 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-04.

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]