Kral Şir 3: Hakuna Matata (ing. The Lion King 3: Hakuna Matata, ABŞ-da:The Lion King 1½) — 2004-cü ildə istehsal olunmuş cizgi filmlərindən biridir. Cizgi filmin tam tərcüməsi "Kral Şir 3: Problem yoxdur" kimi səslənir. Cizgi film Tim Stoppardın "Rozenkrants və Gildenştern ölüdürlər" pyesinin analoquna bənzəyir. Cizgi filmindəki bir çox səhnələr çox qarışıq təsvir olunur.[1]
Kral Şir 3: Hakuna Matata | |
---|---|
ing. The Lion King 3: Hakuna Matata | |
Janr | Cizgi filmi |
Növü | Komediya |
Rejissor | Bredli Reymond |
Prodüser |
Corc A. Mendoza Ceyson Van Borssum |
Ssenari müəllifi |
Tom Rocers Rocer Allers İren Meççi |
Bəstəkar |
Don Harper Martin Erskin Hants Hammer |
Dil | İngilis dili |
Ölkə |
Avstraliya ABŞ |
Studiya | DisneyToon Studios |
Distribüsiya |
Walt Disney Pictures DisneyToon Studios |
Davametmə müddəti | 77 dəqiqə |
İl | 2004 |
İlk baxış | 10 fevral 2004 |
Əvvəlki | Kral Şir 2 |
ID 0318403 |
Cizgi filmin bu seriyasında əsas qəhrəmanlar Timon və Pumbadır. Bu seriyada Timon və Pumbanın ilk görüşü təsvir olunur. Həmçinin, Timonun anası və dayısı Maks cizgi filminin bu seriyasında göstərilir. Cizgi filmində ilk seriyadan çoxlu səhnələr vardır...