Krasnodar stadionu

"Krasnodar" — Krasnodar şəhərində yerləşən eyniadlı klubun futbol stadionu. Məkan Vostoçno-Kruqlikovski mikrorayonunda, Razvedçik Leonov küçəsi, 1 ünvanında yerləşir. "Krasnodar" futbol klubu akademiyasının ərazisi və eyniadlı park stadiona bitişikdir.

Krasnodar stadionu
Map
Yeri Krasnodar, Razvedçik Leonov küçəsi, 1
Təməli qoyulub 2013
Tikilib 2016
Açılış tarixi 9 oktyabr 2016
Sahibi Krasnodar FK
Tamaşaçı tutumu 34.089 (2016—2018)
34.350 (2018—2019)
35.179 (2019-cu ildən)
Ev sahibi komanda Krasnodar FK
Meydançanın ölçüləri 105 × 68
Ot örtüyü təbii ot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stadion tamamilə Rusiyanın ən böyük mağazalar şəbəkəsi “Maqnit”in keçmiş sahibi Sergey Qalitskinin hesabına tikilib.[1] Bəzi hesablamalara görə, tikintinin dəyəri təxminən 400 milyon dollardır.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Gələcək stadionun tikintisi üçün ərazidə hazırlıq işlərinə 2011-ci ildə başlanıldı. Stadion layihəsi "SPEECH" memarlıq bürosunun tərkibində olan Sergey Kuznetsovla birgə "gmp Architekten von Gerkan, Marg und Partner" (Almaniya) tərəfindən yaradılmışdır.[3] Stadionun daxili dizaynı Maxim Rımar studiyası tərəfindən hazırlanıb.[4] Stadionun inşasına 2013 -cü ilin may ayında Türkiyənin "Esta Construction" şirkəti tərəfindən başlanıldı. Stadionun naviqasiyası Artemi Lebedevin studiyası tərəfindən həyata keçirilib.

Fasad bəzəməsi italyan travertin ilə edilmişdir. Stadionun tribunaları tamamilə damın altındadır. Arena yalnız futbol üçün nəzərdə tutulub, qaçış idman zolaqların olmaması oturacaqları meydançaya mümkün qədər yaxınlaşdırmağa imkan verir. Stadionun yanında təxminən 17 hektar sahəsi olan park yerləşir. Elə burada klubun matçlar zamanı istifadə etdiyi 3 min yerlik avtomobil dayanacağı var. Qalan vaxtlarda şəhərin Vostoçno-Kruqlikovski mikrorayonunun sakinləri maşınlarını orada saxlayırlar.[5] Stadion rəsmi hesab lövhəsinin olmaması ilə fərqlənir, matç haqqında məlumatlar stadionun üstü boyunca uzanan 3D ekranda göstərilir. Ümumi sahəsi 4700 m²-dir. Sergey Qalitskinin sözlərinə görə, tutumu 42700 oturacağa qədər artırmaq mümkündür.[6]

2017-ci ilin yayında stadionda rejissor Danila Kozlovskinin çəkdiyi “Məşqçi” bədii filminin çəkilişləri baş tutmuşdur.

2017-ci ilin oktyabr ayında stadionun yaxınlığında "Krasnodar" adlı şəhər parkı açıldı. Yeni stadion və park dizaynında eyni tikinti materiallarından istifadə edilən bir memarlıq ansamblıdır.

2017-ci il noyabrın 14-dən 19-dək Rusiyada başa tutan 2018-ci il futbol üzrə dünya çempionatı öncəsi Rusiya şəhərlərində keçirilən Kubok turu çərçivəsində stadionun ərazisində futbol üzrə Dünya Kuboku nümayiş etdirildi.

27 avqust 2021-ci il tarixində RPL-in 6-cı turu çərçivəsində keçirilən "Krasnodar" və "Rubin" arasındakı oyunda Krasnodar stadionunda ilk dəfə olaraq alman bəstəkarı Hans Zimmerin xüsusi yazdığı klubun himni səsləndirildi.

Reytinqləri[redaktə | mənbəni redaktə et]

360 dərəcəsində medialövhə

Stadioun UEFA 4 kateqoriyasına malikdir, bu da onun ən yüksək kateqoriyalı stadion olduğu deməkdir və burada FİFA Dünya KubokuAvropa Futbol Çempionatının final mərhələsi, həmçinin Çempionlar LiqasınınAvropa Liqasının bütün mərhələlərinin oyunlarını keçirmək mümkündür.

Stadiumdb.com portalının məlumatlarına görə, stadion ilin ən yaxşı stadionu (2016 -cı ildə tikilən və ya yenidən qurulan) adına namizəd göstərilmişdir. “Krasnodar” klubunun stadionu əvvəlcə müsabiqənin final hissəsinə düşdü, sonra yekun səsvermədə tamaşaçıların səsverməsinin nəticələrinə görə ikinci,[7] ekspert münsiflər heyətinin səsverməsinin nəticələrinə görə isə üçüncü yeri tutdu[8].

Müsabiqənin münsiflər heyəti stadion layihələşdirməsinə görə tanınan beş memardan ibarət idi. Stadion arenanın vizual təsiri, onun ətraf əraziləri və innovativ hissəsi kimi üç meyar üzrəində qiymətləndirilirdi.[9]

Səsvermənin nəticələrinə görə, stadion 100.614 xal topladı və StadiumDB reytinqlərinin ümumi tarixində belə nəticəyə nail olan dünyada üç stadiondan biri oldu. Həmçinin, bundan əvvəl dünyada yalnız iki stadion həm tamaşaçı, həm də ekspert səsverməsinin nəticələrinə əsasən ilk üçlüyə daxil olmuşdur.

2017-ci ilin oktyabrında "Krasnodar" stadionu stadionun daxili təşəkkülündə videoekrandan istifadəyə görə "Ən Yaxşı İnnovasiya" nominasiyasında "TheStadiumBusiness Design & Development Awards 2017" müsabiqəsinin qısa siyahısına daxil edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Галицкий: Новый стадион ФК "Краснодар" никогда не окупится" (rus). Российская газета. 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
  2. Русские норм!. "Сергей Галицкий. Первое интервью после сделки: почему продали «Магнит», о футболе, Мамаеве и Крыме". 2019-04-06. 2019-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
  3. "Лекция Сергея Чобана «Архитектура спорта»". archi.ru. 2012-10-11. 2015-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-12.
  4. "MAXIM RYMAR Architectural Studio". 2017-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-07.
  5. Строительство стадиона ФК «Краснодар» Arxivləşdirilib 2016-12-25 at the Wayback Machine Югополис, 30.04.2014
  6. "Программа «В рабочий полдень»: Сергей Галицкий". 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  7. "Stadium of the Year 2016: Public Vote 2nd Place – Stadion FK Krasnodar – StadiumDB.com" (ingilis). stadiumdb.com. 2017-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
  8. "Stadium of the Year 2016: Jury Vote 3rd place – Stadion FK Krasnodar – StadiumDB.com" (ingilis). stadiumdb.com. 2017-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
  9. "Стадион ФК «Краснодар» занял третье место в списке лучших арен 2016 года". RT на русском (rus). 2017-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.