Kraternaya buxtası

Kraternaya buxtasıYankiç adasının cənubunda yerləşən elə də böyük olmayan buxta. Buxta Kraternı burnu ilə Kolpak qayası arasında qərarlaşır. Cənub hissəsədən dənizə açılır. Adanın daxilinə 1 km daxil olur. Buxtanın eni 300 m, dənirinliyi isə 56 metr təşkil edir.[1]. Buxtanən sahəsi 0,7 km²[2]-dir.

Kraternaya buxtası
rus. Кратерная
Ümumi məlumatlar
Tip Buxta (körfəz)
Ada Yankiç adası
Yerləşməsi
47°30′48″ şm. e. 152°48′51″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Kraternaya buxtası xəritədə
Kraternaya buxtası
Kraternaya buxtası

Buxtanın sahilində Uşişir vulkanı (388 m) qərarlaşır. Qayalıqlarda tayqa meşəliyi yayılmışdır. Sahilində çimərlik yoxdur[3]. Buxtanın çıxışı daxili hissələrinə nisbətdə dayazdır. Buxtanın daxilində iki hündür ada vardır (37 və 72 m[1]).

Buxtanın dahillərində yaşayış yoxdur. Qabarmanın hündürlüyü 1,8 m[1] təşkil edir.

Buxtanın bitki və heyvanları digər ərazilərdən təcrid vəziyyətindədir. Daxilində dəniz kirpiləri vardır. Üstəlik burada 6 növ yeni canlı aşkarlanmışdır. 1988-ci ildə buxta ərazisi bioloji yasaqlıq elan edilmişdir[2]

  1. 1 2 3 "Uşişir adaları". 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.
  2. 1 2 "В. Н. Владимиров «Грабители»". 2010-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.
  3. "Buxtanın şəkilləri". 2009-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.