Kretinizm — Hipotireoz-qalxanvari vəzin patalogiyası nəticəsində meydana çıxır. Bu xəstəliyin başlıca əlaməti ona tutalan adamın özünəməxsus görkəmidir. Boyca kiçik, sifətləri kobud, bəzən üz dəriləri sarımtıl-torpaq rəngində, daima quru, tükləri cod, tezsınan,burunları yəhərvari, əl və ayaq pəncələri enli və qısa olur. Emosional cəhətcə süst və biganə görünən belə uşaqlar heç nəyə maraq göstərmir, uzun müddət hərəkətsiz vəziyyətdə, oturaraq mənasız ətrafı seyr etməyi xoşlayırlar. Digər əlamətlərdən endokrinopatiyanı yaddaş pozuntularını, affektiv reaksiyalarla müşayiət olunan emosiya və bəzi nevroloji əlamətləri ,dəri hissiyatının azalması, başağrılarını göstərmək olar. Xəstəliyin polietioloji xarakterli olması və ona görə də bir neçə klinik variantlarda rast gəlinməsini təsdiq edən elmi dəlillər vardır. Bu səbəblərdən biri ananın qalxanvari vəzisinin hüceyrə elementlərinin autoantitellərə çevrilərək döldə autoimmun patalogiyaya səbəb olmasıdır.[1]
Kretinizm |
---|