Əl

Əlinsanmeymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır.

Əl
Arteriya Dirsək arteriyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İnsan biləyinin skeleti

Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur.

Anatomiya[redaktə | mənbəni redaktə et]

Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var.

Əllər haqqında maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

iz hər gün əllərimizdən istifadə edirik və həyatımızı onlarsız təsəvvür edə bilmirik. Bəs biz bədənimizin ən fəal hissələrindən biri haqqında nələri bilirik? Aşağıda əllərimiz haqında ən maraqlı faktlar verilmişdir: [1]

  • Barmaqlarımız əzələsizdir. Barmaqlarımızı tərpətməyə kömək edən əzələlər ovucların içində və qolun dirsəkdən aşağı hissəsində yerləşir. Onlar vətərlər vasitəsilə barmaqların sümüklərinə birləşir.
  • Əl qədim zamanlardan müdafiə simvolu olmuşdur.
  • Dırnaqlarınızın bir il ərzində uzanması, qitələrin bir gün ərzində yerdəyişməsinə bərabərdir.
  • Əl dırnaqlarına tam yenilənməsi üçün 6 ay, ayaq dırnaqlarına isə bundan 2-3 dəfə çox vaxt lazımdır.
  • Dünyada ən uzun dırnaq Şidar Çilala (Shidhar Chillal) məxsus olmuşdur. Onun uzunluğu 20 fut 2 dyümə çatmışdır. Onu uzatmaq üçün 48 il vaxt lazım olmuşdur.
  • Kişilərin 12,6 faizi solaxaydır, qadınlar arasında isə belələri cəmi 9,9 faizdir.
  • Kəskin travmaların hamısının üçdə biri yuxarı ətrafların zədələnmələri ilə bağlıdır.
  • İdman zamanı baş verən travmaların dördüncü hissəsi əllər və biləklərlə bağlıdır.
  • Əllər suda çox qalanda ovucların içi qırışır. Niyə? Bunun dəqiq mexanizmi məlum deyil, ancaq sinirlərlə bağlı olduğu dəqiqdir. Sinirlər suda uzun müddət qaldıqda, qırışları açmaq qabiliyyətini itirir.
  • Ağ uşaqlar qaralarla müqayisədə dörd dəfə çox pərdəli barmaqlarla doğulur.
  • Baş barmaq 9 əlavə əzələnin nəzarəti altında yerləşir. Bu əzələlər isə əlin üç əsas siniri ilə idarə olunur.
  • Hər bir əldə: 29 iri və xırda sümüklər, 29 iri oynaq, 123 vətər, əlləri idarə edən 34 əzələ, 48 sinir və 30 arteriya damarları var.
  • İnsan beyninin motor korteksinin təqribən dörddə biri əl əzələlərinin hərəkətlərinə cavabdehdir.
  • Quruluşuna görə dırnaqlar - şəklini dəyişmiş saçdır.
  • Barmaqlar heç vaxt mükəmməl düz olmurlar. Bir qayda olaraq, şəhadət, adsız və çeçələ barmaqlar bir az orta barmağa tərəf dönmüş olurlar. Orta barmaq isə müxtəlif tərəflərə dönmüş ola bilər.
  • Qall müharibəsi zamanı Yuli Sezar bütün əsirlərin barmaqlarını kəsməyi əmr etmişdir ki, onlar öz vətənlərinə geri döndükdə başqalarına dərs olsunlar və bir daha silahdan istifadə edə bilməsinlər. Daha sonralar bu təcrübədən bir çox müharibələrdə və qul alış-verişlərində istifadə olunmuşdur.

Travmatizm[redaktə | mənbəni redaktə et]

İnsan həyatında fəal iştiraka görə əl ən çox travmatizmə məruz qalır.

  1. https://nkpi.az/?page=addread&id=3079