Kreyser qayaları

Kreyser qayaları — Yapon dənizində, adalar, kiçik qayalıqlardan və daşlardan ibarət olan arxipelaq. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı, Partizanski rayonu ərazisinə daxildir. Primorski diyarının cənub-şərqində yerləşir. Naxodka şəhərindən 30 km cənub-şərqdə qərarlaşır. Ada Okunyovaya və Triozyornaya buxtarara keçid üçün mayak rolunu oynayır.

Kreyser qayaları
rus. Скалы Крейсер
Ümumi məlumatlar
Ümumi sahəsi 0,0769 km²
Hündür nöqtəsi 51,5 m
Əhalisi 0 nəfər (2011-ci il)
Yerləşməsi
42°44′01″ şm. e. 133°14′19″ ş. u.
Ölkə  Rusiya
Akvatoriya
Kreyser qayaları xəritədə
Kreyser qayaları
Kreyser qayaları

Tarixi[redaktə | mənbəni redaktə et]

Arxipelaq ilk dəfə 1860-cı ildə Vostok gəmisində Vasili Matveyeviç Babkinin rəhbərlik etdiyi ekspedisiya tərəfindən kəşf edilmişdir. Ekspedisiya üzvləri arxipelaqın adını onun ən böyük adasının şərəfinə vermişlər.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Arxipelaq bir neçə kiçik ada, qaya və su üstü adaşlardan təşkil olunmuşdur. Ümumilikdə 1,4 km məsafədə uzanır. Maksimal hündürlükləri: 44 və 51,5 m.

Arxipelaqın tərkibinə daxildir: Kreyser qayası adası, Pribrejnaya qayası adası, Kopna qayası, Pupır qayası və bir neçə kiçik qalalıqlar. Qayalıqlarda quş koloniyasını, sahildə isə Ləkəli suitiləri müşahidə etmək olar.

Kreyser qayası adası[redaktə | mənbəni redaktə et]

42°44′00″ şm. e. 133°14′18″ ş. u.

Kreyser qayası adası arxipelaqın ən iri adasıdır. Adaya ad onun parlaq boz rəngə sahib olan qayalıqları səbəbindən verilmişdir. Belə ki, ada kənardan yelkənli kreyseri xatırladır.

Adanın saəsi 0,0555 km², uzunluğu ən azı 400 metr, eni isə 150 metrdir. Adada hündürlüyü 51,5 metr olan zirvə vardır[1].

Adanın şərq sahili bir başa açıq dənizə açılır. Bu hissə olduqca sıldırımlıdır. Qərb sahili isə qranitdən trəşkil olunsada, bir neçə on metrlərlə qum və gildən təşkil olunmuş çimərliyə sahibdir. Şimalında isə dil vardır.

Ada bitki örtüyünə sahibdir. Şərq hissədə ot örtüyü mövcuddur. Burada alçaq boylu palıd, cökəvə sıx kola malik zirinc bitir. Adada şirin su mənbəyi yoxdur.

Pribrejnaya qayası adası[redaktə | mənbəni redaktə et]

42°44′17″ şm. e. 133°13′56″ ş. u.

Pribrejnaya qayası arxipelaqın materikə ən yaxın adasıdır. Onunn sahəsi 0,0167 km² təşkil edir. Kreyser qayası ilə matrereik arasında yerləşir. Materikdən 350, Kreyser qayasından isə 500 metrlik boğazla ayrılır. Sahilləri qranitdən təşkil edilmişdir. Pribrejnaya qayası adasında ancaq ot bitkiləri bitir.

Kopna qayası[redaktə | mənbəni redaktə et]

42°43′49″ şm. e. 133°14′17″ ş. u.

Kopna qayası Kreyser qayasından cənubda yerləşir və ondan 50 metrlik boğazla ayrılır. Öz növbəsində hündür olan qaya parlaq-boz rəngə malikdir.

Pupır qayası[redaktə | mənbəni redaktə et]

42°43′39″ şm. e. 133°14′19″ ş. u.

Kopna qayasından 200 metr cənubda, dəniz səviyyəsindən isə 1,5 metr hündürlüyə malik qaya parması. Qayanın ətrafında dərinlik olduqca böyükdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Остров-скала Крейсер в Триозерье, Приморский край". 2017-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-22.