Quş koloniyası — Dəniz quşlarının sahil ərazilərinə yaxın ərazilərdə təşkil etdikləri kütləvi yuvalama ərazisidir. Dəniz quşları arasında Təmizçilər, Qağayılar, Çovdarçıkimilər, Fırtınaquşukimilər, Qarabatdaq, Ördəklər, Oluşalar və pinqvinlər üstünlük təşkil edir. Onlar əsas sahilə yaxın qayalıqlarda və bəzəndə qumluqlarda yuva qururlar. Xüsusi ilə qütb enliklərdə yerləşən adalarda bu koloniyaların həcmi dahada böyükdür.
Quş koloniyalarının olduğu ərazilər: Şimal Torpağı, Yeni Sibir adaları, Kuril adaları, Aleut adaları, Kanada Arktik arxipelaqı, Odlu Torpaq, Kamçatka, Kola yarımadası, Qalapaqos adaları. Azərbaycanda bu tip koloniyaya Gil adasında rast gəlinir. Adada 10 000 baş olan qağayı koloniyası vardır[1]
Koloniyalarda quano, quş yumurtası və qiymətli quş lələkləri və tükü toplanılır. Üstəlik bu ərazilərdə kütləvi şəkildə quş ovlanılır.