Krim Paff (ing. Creme Puff; 3 avqust 1967, Austin, Texas, ABŞ — 6 avqust 2005, orada.) — 38 il 3 gün yaşayan bir pişik. Ginnesin Rekordlar Kitabına 2010-cu ilə qədər qeydə alınan ən uzun ömürlü pişik kimi daxil edilmişdir[1] .
Creme Puff (Krim Paff) | |
---|---|
ing. Creme Puff | |
Məlumatlar | |
Digər ad(lar)ı | Krem təbəqəsi |
Növü | Qısatüklü ev pişiyi |
Cinsiyyəti | Dişi |
Doğum tarixi | 3 avqust 1967 |
Doğum yeri | Ostin, Texas, ABŞ |
Ölüm tarixi | 6 avqust 2005 (38 yaş) |
Ölüm yeri | Ostin, Texas, ABŞ |
Sahibi | Jake Parry (Ceyk Perri) |
Mükafatları | Ən uzunömurlü pişik kimi Ginnesin Rekordlar Kitabına salınmışdır |
Dünyanın ən uzun ömür sürən pişiyinin İngiltərənin Cənubi Uelsdəki Lanelli şəhərində yaşayan Luci adlı bir pişik olduğu iddia edilirdi. O, 2015-ci ildə 43 yaşında öldü, ancaq bu rekord təsdiqlənməmiş və Ginnesin Rekordlar Kitabında qeyd olunmamışdır[2].
Krim Paff, sahibi Ceyk Perri ilə birlikdə ABŞ-nin Texas, Ostin (Austin)[1] şəhərində yaşayırdı. Perri ayrıca Granpa Reks Allen adlı bir Sfinks pişiyinə də sahib idi. Granpanın 1964-cü ildə Parisdə doğulduğuna və 1998-ci ildə 34 yaş 2 aylığında öldüyünə inanılır. Pişik ölümündən sonra 1999-cu ildə "Cats and Kittens" jurnalı tərəfindən "İlin pişiyi" adına layiq görülmüşdür. Granpa əvvəllər rekordu Krim Paff tərəfindən qırılana qədər ən uzun ömür sürən pişik kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. Bir çox mütəxəssisin fikrincə, Perri pişiklərinin uzun ömür sürməsinin sirri, digər şeylər arasında bekon, yumurta, qulançar və brokkoli daxil olan xüsusi pəhrizləridir[3] .
Yazıçı Barbara Brady, qəhrəmanlarından biri Krim Paff[4] olan "Once Upon A Hunch" adlı roman yazıb.