Kris Kristofferson (ing. Kris Kristofferson; 22 iyun 1936[1][2][…], Braunsvil[d], Texas[4] – 28 sentyabr 2024[3], Hana[d], Havay) — amerikalı müğənni, bəstəkar və aktyor. 2014-cü ildə Həyatı boyu müvəffəqiyətlərinə görə Qremmi mükafatına[ing.] layiq görülüb.
Kris Kristofferson | |
---|---|
ing. Kris Kristofferson | |
Ümumi məlumatlar | |
Doğum adı | Kristoffer Kristofferson |
Doğum tarixi | 22 iyun 1936[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 2024[3] (88 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı |
|
Uşağı | 8 |
Atası | Henri Kristofferson[d][5] |
Anası | Meri Enn Aşbruk[d][5] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | kino aktyoru, müğənni-mahnı yazarı, müğənni, bəstəkar, gitaraçı, səsyazma sənətçisi[d], səsləndirmə aktyoru[d], hərbi qulluqçu, aktyor |
Fəaliyyət illəri | 1959–2021 |
Janrlar | kantri, rok |
Musiqi alətləri | gitara, piano |
Səs tembri | bariton |
Albom şirkətləri | Columbia Records, Mercury Records[d], Warner Music Group[d], Warner Records |
Mükafatları |
|
kriskristofferson.com | |
Vikianbarda əlaqəli mediafayllar |
22 iyun 1936-cı ildə Texasda dünyaya gəlib. "Sunday Morning Coming Down", "Me And Bobby McGee", "Help Me Make It Through The Night" mahnıları xitə çevrilib. 1980-ci illərin ortalarında isə Conni Keş, Veylon Ceninq və Villi Nelson ilə birlikdə "The Highwaymen" superqrupunu yaradıb. 1976-cı ildə ekranlara çıxan "Ulduz doğuldu" filmində rol alıb. Bu rola görə o, "Qızıl qlobus" mükafatına layiq görülüb. 1972-ci, 1974-cü və 1975-ci illərdə "Qremmi" mükafatı qazanıb, 2004-cü ildə Kantri musiqisinin şöhrət zalı[ing.] üzvü olub.[6] 2024-cü il 28 sentyabr tarixində vəfat edib.[7]