Kris Villok

Kristofer Antoni Villok (31 yanvar 1998, London, İngiltərə) — Kris Villok kimi də tanınan, Portuqaliya təmsilçilərindən olan Benfika klubunda və İngiltərə U-19 milli komandasında hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur.

Kris Villok
Villok 2015-ci ildə Arsenal U-19 yığmasında oynayarkən
Villok 2015-ci ildə Arsenal U-19 yığmasında oynayarkən
Ümumi məlumatlar
Tam adı Kristofer Antoni Villok[1]
Doğum tarixi 31 yanvar 1998(1998-01-31)[2] (26 yaş)
Doğum yeri London, İngiltərə
Vətəndaşlığı
Boyu 178
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Portuqaliya Benfika
Karyerası
Gənclik karyerası
2003—2015 İngiltərə Arsenal
Klub karyerası[* 1]
2015—2017 İngiltərə Arsenal 0 (0)
2017—h.h Portuqaliya Benfika 0 (0)
Milli yığma[* 2]
2013—2014 İngiltərə İngiltərə U-16 6 (1)
2014—2015 İngiltərə İngiltərə U-17 18 (2)
2015—2016 İngiltərə İngiltərə U-18 4 (0)
2016—h.h İngiltərə İngiltərə U-19 7 (2)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Arsenal[redaktə | mənbəni redaktə et]

Villok 5 yaşı olarkən Arsenal akademiyasına qəbul olunmuşdur.[3] O, 2014-cü ildə 16 yaşı olarkən yoldaşlıq oyunları üçün əsas komandaya dəvət almış və klubun baş məşqçisi Arsen Venger futbolçunu "çox maraqlı bir futbolçu" kimi təsvir etmişdir.[4] Villok 2015-16 mövsümünün sonunda Aston Villa klubuna qarşı Emireyts Stadionunda keçirilən U-21 Premyer liqanın final görüşündə həm qolla, həm də iki məhsuldar ötürmə ilə yadda qalmışdır.[5][6] O, əsas komanda ilə debütünü 20 sentyabr 2016-cı ildə Nottingem Forest klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir.[7]

Benfika[redaktə | mənbəni redaktə et]

30 iyun 2017-ci ildə Villok son Portuqaliya çempionu olan Benfika klubu ilə beş illik müqavilə imzalamışdır.[8][9]

Milli karyerası[redaktə | mənbəni redaktə et]

Villok 2017-ci ilin iyun ayında Gürcüstanda keçirilən 2017 U-19 Avropa Çempionatında iştirak etmək üçün İngiltərə millisinə dəvət almışdır.[10]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Villokun iki qardaşı da futbolla məşğul olur. Onun böyük qardaşı Matti Mançester Yunayted klubunun, kiçik qardaşı Co isə Arsenal klubunun futbolçusudur.[11]

Uğurları[redaktə | mənbəni redaktə et]

Arsenal

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Chris Willock - Mallorca Futbol". Mallorca Futbol. 5 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2016.
  2. Chris Willock // Transfermarkt (çd.). 2000.
  3. "Introducing Chris Willock". Youtube.com. 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-06.
  4. "Arxivlənmiş surət". 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-06.
  5. 1 2 "Arsenal's Chris Willock gives masterclass as Under-21s are promoted to Division One". Metro.co.uk. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-06.
  6. "Christopher Willock: Profile". Arsenal.com. 2016-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-06.
  7. "Nottingham Forest vs. Arsenal - 20 September 2016 - Soccerway". soccerway.com. 2016-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-22.
  8. "Chris Willock joins Benfica". Arsenal F.C. 14 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2017.
  9. "Chris Willock: "Estou muito entusiasmado"" [Chris Willock: "I am very excited"]. S.L. Benfica (Portuguese). 2 July 2017. 4 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 July 2017.
  10. "Dozzell Set for England Training Camp". TWTD.co.uk. 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-06.
  11. "Who is Arsenal youngster Chris Willock?". The Sun.co.uk. 2021-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]