Krisia Todorova

Krisia Marinova Todorova (Bolqarca: Крисия Маринова Тодорова; 1 iyun 2004[1], Varna) — Bolqarıstanlı müğənni və bəstəkar. Krisia Todorova İqnatov qardaşları ilə birgə Bolqarıstanı 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Planet of the Children" mahnısı ilə təmsil etdi. Todorova həmin müsabiqəni ikinci yeridə başa vurdu, lakin mətbuatın səsverməsində birinci yerdə qərarlaşdı. Ertəsi il isə o, 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Discover" mahnısını ifa etdi. Bununla yanaşı Krisia Todorova 2015-ci ildə Bolqarıstanın sosial inkişafında xidmətinə görə "NASO Qran-Pri" mükafatına layiq görülüb.

Krisia Todorova
Ümumi məlumatlar
Doğum adı Крисия Маринова Тодорова
Doğum tarixi 1 iyun 2004(2004-06-01)[1] (20 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2013-cü ildən
Janr pop musiqisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krisia Todorova 1 iyun 2004-cü ildə Bolqarıstanın Varna şəhərində Marin Todorov və Angelina Popovanın ailəsində dünyaya gəlib. Krisianın Marina və Tifani adında iki bacısı var. Krisia birinci dəfə səhnəyə 3 yaşında Razqradda bayram tədbirlərinin birində çıxdı.

Krisia Todorova musiqi ilə doğma şəhərində Svilena Deçevanın rəhbərliyi altında məşğul olmağa başladı. O, səhnədə birinci uğurunu "Разсмей Слави" layihəsində qalibi olaraq qazandı.

"Slavi Show" layihəsi

[redaktə | mənbəni redaktə et]

Krisia Todorova birinci dəfə Bolqarıstan ictimaiyyətinə 2013-cü ildə tanındı. Həmin ilin dekabrın 30-u o, "BMT" telekanalda yayımlanan "Slavi Show" layihəsində çıxış etdi. Beyoncenin repertuarından "Listen", həmçinin Lili İvanovanın "За тебе бях" mahnılarını ifa edən 9 yaşlı Krisia Todorova münsiflər heyətini tərcübləndirdi. Daha sonra layihədə mütamadi çıxış edən Krisia Bolqarıstanda məşhurlaşdı.

2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

Krisia Todorova

İfa etdiyi mahnıları

[redaktə | mənbəni redaktə et]
Tarix Mahnı Repertuar
30 sentyabr 2016 "Can't Stop The Feeling" Castin Timberleyk
14 oktyabr 2016 "За тебя бях" Lili İvanova