Kristallik sipər

Kristallik sipər -(rus. кристаллический щит, ing. shield) platformaların (kratonların) ən böyük (eni yüz və min km-ə çatan) müsbət strukturu. K. s. kristallik süxurlardan təşkil olunmuş qırışıqlı özül səthə çıxır. K. s. adətən uzun müddət formasını saxlayan yer qabığının qaldırılmış sahəsini təşkil edir. «Sipər» termini E. Zyüss (1885), «Kristallik sipər» isə N. S. Şatski (1947) tərəfindən təklif edilmişdir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Kristallik sipər // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 152. ISBN 978-9952-453-14-0.