Kristian Müllek — Fransız meteoroloq, ornitoloq, fotoqraf və eko-aktivist. 1960-cı ildə Fransanın Loryan şəhərində anadan olmuşdur.
Kristian Müllek | |
---|---|
fr. Christian Moullec | |
Doğum tarixi | 14 yanvar 1960[1] (64 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | fotoqraf, meteoroloq, ssenarist |
Vikianbarda əlaqəli mediafayllar |
1995-ci ildə Müllek köçəri quşların miqrasiya yollarına insanın təsiri probleminə ictimaiyyətin diqqətini çəkir. Xüsusilə o, qeyd edir ki, ağ alınqazlar artan hava uçuşlarına görə illik uçuşlarını Almaniyadan İsveçə etməkdə getdikcə çətinlik çəkirlər. Avstriyalı zooloq Konrad Lorenzlə məsləhətləşdikdən sonra Mullek qazları əhliləşdirməyi və onları çox yüngül olan deltaplanda müşayiət etməyi öyrəndir[3], sürünü təhlükəsiz marşrutla idarə edir.
Müllek nəsli kəsilməkdə olan kiçik ağqaşlı qazların (lat. Anser erythropus) qorunmasında da fəal iştirak edir[4].
Kristian Müllekin hekayəsi fransız rejissoru Nikolas Vanerin “Qanadlarını aç” filminin əsasını təşkil edib. Filmin premyerası 25 oktyabr 2019-cu ildə Fransada baş tutmuşdur[5][6].