Fotoqrafiya (fr. photographie q.yun. φως / φωτος — "işıq" və γραφω "yazıram" sözlərindəndir) — işığın köməyi ilə şəkil çəkmək texnikasıdır. Fotokameranın köməyi ilə statik təsvirin işığahəssas materialda (fotolent və ya fotoqrafik matrisa (sensor)) əldə edilməsi və ya yadda saxlanılmasıdır.
Fotoqrafiya, fotoşəkil və ya sadəcə şəkil insan tərəfindən baxıla (bu halda aşkarlanan fotolentin kadrı, elektron və ya çap halında olan təsvir hesab edilir) bilən fotoqrafik prosesslərin köməyi ilə əldə edilən yekun təsvirdir.
Daha geniş mənada fotoqrafiya — fotoşəklin əldə edilməsi yaradıcılığıdır.
Bədii proses kompozisiyanın axtarılması və seçilməsi, işıqlanmanın, çəkiliş anının seçilməsiylə sonlanır. Bütün incəsənət növlərinə xarakterik olan kimi fotoqrafın da bu seçimi bacarığı, şəxsi üstünlüklərindən, zövqü ilə təyin edilir.
Həssas materialın işləmə prinsipindən asılı olaraq fotoqrafiya üç böyük altbölümə bölünür:
Eynilə digər terminlərdən də istifadə olunur.
Fotoqrafik prinsiplərə əsaslanan hərəkətli təsvirlərin alınmasına kinematoqrafiya deyilir. Fotoqrafiya optika, mexanika və kimya sahələrində əldə edilən elmi nəticələrin sayəsində yaranmışdır. Müasir rəqəmsal fotqrafiya isə əsasən elektron və informasiya texnologiyalarının sayəsində inkişaf edir.
19 iyul 1822-ci ildə fransız alim Jozef Nyeps (Joseph Niepce) ilk dəfə foto təsviri almışdır. Bu foto saxlanmadığından, fotoqrafiya sahəsində ilk şəkil onun tərəfindən çəkilmiş "Pəncərədən La-Qrassın mənzərəsi" (View from the Window at Le Gras) adlı foto hesab olunur.
Fotoqrafiya bir çox texnologiyanın bir yerə gəlməsi ilə yaranmışdır. İlk fotolar çəkilməmişdən əvvəl Çinli filosof Mo Di və Yunan riyaziyyatçıları Aristotel və Evklid M. Ə. 5. və 4. yüzilliklərdə bir iynə deşiyi kamerasından bəhs ediblər.
ır. Bu foto saxlanmadığından, fotoqrafiya sahəsində ilk şəkil onun tərəfindən çəkilmiş "Pəncərədən La-Qrassın mənzərəsi" (View from the Window at Le Gras) adlı foto hesab olunur.[1]
Fotoqrafiyanın iş prinsipi obyektlərdən əks olunan işıq şüaları nəticəsində kimyəvi və fiziki prosesslərin köməyi ilə təsvirin əldə edilməsi və həkk olunmasıdır. Hələ çox qədimdən obyektlərdən işıq şüalarının əks olunması yolu ilə təsvirin alınması yaradıcılıq və texniki işlərdə istifadə olunurdu. Həmin zamanlarda qəliz optik qurğular əvəzinə kiçık dəlikdən istifadə olunurdu. Dəliyin əks tərəfinə təsvirin proyeksiyası baş verirdi. Bundan sonra bu qurğular təkmilləşdirilərək dəlik əvəzinə optik cihazlar yerləşdirildi. Bu da öz növbəsində kameraların yaradılmasına əsas yaratdı. Bu kameraların adı obskura idi. Kameranın arxa hissəsindəki mat şüşəyə təsvir proyeksiya olunaraq rəssamlar tərəfindən kontur xəttlərin çəkilməsində istifadə olunurdu. Təsvirin kimyəvi yolla həkk olunması kəşf olunandan sonra kamera-obskura tədricən fotoaparata çevrilməyə başladı. "Fotoqrafiya" sözü 1839-cu ildə Fransa akademiyasında bir neçə uğurlu variantdan seçilib.
Fotoqrafiya inkişaf etdikcə təsvirin əldə edilməsi üçün kifayət qədər müxtəlif konstruksiyalar və köməkçi mexanizmlər yaradılmışdır. Fotoqrafik aparat və ona aid olan hissələr "fotoaparat" və ya "fotokamera" kimi qısaldılmış sözlərlə ifadə olunur.
Fotoaparat
Əsas məqalə: Fotoaparat İstənilən fotoaparatda vardır:
Fotoaparatın digər qalan elementləri birbaşa şəklin texniki keyfiyyətinə təsir etmirlər və konstruksiyada iştirak edə bilər, etməyədə bilər. Onlar kompozisiyanın seçilməsini, fotoqrafa çəkiliş parametrlərini (ekspanometr, avtofokuslama və s.) təyin etməyə kömək edir, çətin şəraitdə çəkilişi (işartı, təsvir stabilizatoru və s.) asanlaşdıraraq aparatın rahatlığını və operativliyini təmin edir.
Mahiyyət etibarilə şəkilçəkmə optik obyektivin köməyi ilə aparılır. Obyektivdən keçən işıq şüası işığa həsas olan mediumun (foto lent və ya foto hücrə) üzərinə düşərək orada iz qoyur. Obyektiv bərkidilmiş aparat həm də, şəkilçəkmə zamanı onun keyfiyyətinə təsir etmək imkanı verən xüsusi parametrlərin tənzimlənməsi (şəklin açıq, tutqun olması, rəngin seçilməsi, süni işıq və ya işıqsız, və s.) üçün dəsətklərlə təchiz olunurlar. İstər analoq, istərsə də rəqəmsal sahədə güzgülü refleks foto aparatlar geniş yayılmışdır. Xüsusi effektlər üçün uyğun kameralardan istifadə edilir.
Fotoqrafiya ilə məşğul olanlara fotoqraf deyilir. Peşə və yaxud ali məktəblərdə bu ixtisasın incəliklərinə yiyələnmək mümkündür.
Fotoqrafiya insan fəaliyyətinin müxtəlif sahələrində ən geniş inkişaf və tətbiq tapmışdır. Fotoqrafiyanın obyektivliyi və dəqiqliyi onu reallığı əldə etməyin ən təsirli üsullarından birinə, mühüm məlumat və sənədləşdirmə vasitəsinə çevirmişdir. Fotoqrafiya incəsənətdə (bədii fotoqrafiya), elmin bir çox sahələrində (elmi fotoqrafiya), texnologiyada (çap, reproqrafik) və gündəlik həyatda geniş istifadə olunur.
Fotoqrafiyanın əsas növləri və janrları onun mövcudluğunun ilk onilliklərində formalaşmışdır. Demək olar ki, dərhal fotoqrafiya üç böyük qrupa (növə) bölündü: elmi və tətbiqi, bədii, publisistik. Lakin bu və ya digər konkret obrazı hər hansı konkret qrupa aid etmək çox vaxt çətindir. Fotoqrafiyanı qiymətləndirmək üçün universal meyarların olmaması onun sonsuz müxtəlifliyinə dəlalət edir. Janrlara bölünmə sabit və ümumi qəbul edilmiş bir şey hesab edilə bilməz, çünki çoxlu sayda qarışıq formalar var. Müasir fotoqrafiyada hələ də təsnifatını gözləyən şəkillər və nəzəri anlayış və inkişaf tələb edən janrlar var.
Hal-hazırda fotoqrafiya üzrə tədqiqat işlərində fotoqrafiyanın aşağıdakı köklü növləri və janrları fərqləndirilir: portret, mənzərə, natürmort, məişət, sənədli, elmi və tətbiqi fotoqrafiya.
Natürmort (fransızca natural morte, hərfi mənada — ölü təbiət) — cansız məişət əşyalarının, hər hansı fəaliyyətin atributlarının, çiçəklərin, meyvələrin, sənaye məhsullarının, tətbiqi sənət əsərlərinin təsviri. Povest kompozisiyaları həyatın orijinal şəkillərini yaradır və kadrda olmayan bir insandan bəhs edir. Natürmortun ifadə vasitələri qeyri-adi dərəcədə müxtəlifdir və mövzu dairəsi demək olar ki, tükənməzdir.
Natürmort fotoqrafiya janrı fotoqrafiyanın yaranması ilə dərhal inkişaf etməyə başladı. L. Daqerin ilk rəsm əsəri natürmortdur ("Xudoksina emalatxanasının küncü", 1837). Janrın inkişafı o dövrün işıq fotoqraflığının təvazökar imkanları ilə məhdudlaşmırdı ki, bu da foto materialların aşağı həssaslığı və bununla əlaqədar zəruri olan uzun ekspozisiyalarla məhdudlaşırdı. Sabit cisimlər istənilən qədər açıq qala bilərdi və onların seçimi və tərkibi yalnız fotoqrafın yaradıcı təxəyyülündən asılı idi.