Kristiane Fürst

Kristiane Fürst (alm. Christiane Fürst‎; 29 mart 1985, Drezden, Almaniya) — Əczacıbaşı komandasında oynayan almaniyalı dünyaca məşhur qadın voleybolçu. Blokçu mövqeyində oynayır, sağ əllidir, 192 sm boya sahib voleybolçunun zərbə yüksəkliyi 305 sm, blok yüksəkliyi isə 295 sm-ə qədər çatır.[1] Avropa ikincisi və klublararası dünya çempionudur. Almaniya millisi ilə 60-dan çox matça çıxmışdır. O, həmçinin bu ölkənin yetişdirdiyi ən güclü blokçulardan sayılır.

Kristiane Fürst
Şəxsi məlumatlar
Tam adı Kristiane Fürst
Doğum tarixi (39 yaş)
Doğum yeri Almaniya Drezden Almaniya
Vətəndaşlığı Almaniya Almaniya
Voleybolçu məlumatları
Boyu 1.92 m
Çəkisi 76 kq
Zərbəsi 305 sm
Bloku 291 sm
Mövqeyi Blokçu
Karyerası
Komandası Türkiyə Əczacıbaşı
Nömrəsi 13
Həvəskar karyerası
1995–2002 Almaniya Drezden
Klub karyerası
2002–2007
2007–2009
2009–2010
2010–2011
2011–2014
2014–
Almaniya Drezden
İtaliya Robursport Pezzaro
İtaliya Volley Berqamo
Türkiyə Fənərbaxça
Türkiyə Vakıfbank
Türkiyə Əczacıbaşı
Milli komanda karyerası
2003– Almaniya Almaniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peşəkar karyerasındakı ilk uğurları

[redaktə | mənbəni redaktə et]

Kristiane Fürst karyerasına 1995-ci ildə (10 yaşında) doğulduğu Drezden klubunda başlamışdır.[2] Yeddi il Drezdenin müxtəlif yaş qruplarında oynadıqdan sonra nəhayət 2002-ci ildə komandanın əsas heyətinə cəlb olunmuşdu. Burada iki dəfə Almaniya çempionluğu, iki dəfə də kubokunu qazanmış voleybolçu artıq bir sıra nəhəng klubların diqqətini çəkməyə başlamışdı. 2003-cü ildə isə cəmi on səkkiz yaşı olmasına baxmayaraq Almaniya milli komandasının əsas heyətinə cəlb olunaraq həmin ildə keçirilən Avropa çempionatında iştirak etmişdi. İlk milli komanda təcrübəsini yaşayan voleybolçu Türkiyədə keçirilən turnirin bürünc medalını da qazana bilmişdi. Millidə də özünü yaxşı tərəfdən göstərən voleybolçu burada 60-dan çox matça çıxacaqdı. Bundan sonra o, 2006-cı ildə Yaponiyada keçirilən dünya çempionatına vəsiqə qazanan Almaniya millisinin də 12 nəfərlik heyətində yer almışdı. 21 yaşlı Fürst dünya çempionatında göstərdiyi möhtəşəm oyunla komandasının ilk onluğa düşməsinə kömək edə bilməsə də FİVB ekspertləri tərəfindən turnirdə "Ən Yaxşı Blokçu" nominasiyasında lider seçilmişdi. Bu isə Fürstlə yeni bir ulduz namizədinin yetişdiyinin siqnallarını verirdi.

İtaliyada üç illik legioner həyatı

[redaktə | mənbəni redaktə et]

Fürst 2007-ci ildə 12 il formasını tərlətdiyi Drezden klubundan ayrılaraq legioner həyatına başlamışdır. O, legionerlik həyatının ilk illərini İtaliyada keçirmək qərarı almışdı. İtaliyanın ən adlı-sanlı klublarından olan Robursport Pezzaro (və ya Skavolini Pezzaro) ilə anlaşan voleybolçu yeni klubu ilə 2 illik sözləşmə imzalamışdı. O, burada keçirdiyi iki mövsümdə də İtaliya çempionatının qalibi olmuş, 2007-2008 sezonunda isə Avropa Voleybol Konfederasiyalar kubokunu qazanmışdı. Pezzaro təmsilçisi ilə bir dəfə İtaliya kubokunu, bir dəfə də superkubokunu qazanan alman blokçu 2009-cu ildə digər bir italyan komandası Volley Berqamo ilə müqavilə imzalamışdı. Berqamo klubu ilə qazandığı yeganə titul isə Çempionlar Liqasının çempionluğu olmuşdu. Bu klubla heç də parlaq karyera keçirməyən voleybolçu bir il sonra komandanı tərk etmişdi. Ancaq həmin illərdə milli komanda ilə göstərdiyi oyunla hələ də yaxşı formada olduğunu hər kəsə sübut edə bilmişdi. Belə ki, 2009-cu ildə keçirilən Dünya Qran Prisinin bürünc mükafatçısı olan Almaniya yığmasının heyətində də yer alan Fürst bu turnirdəki hələ ki, yeganə olan medalını qazanmışdı. 2009-cu ildə keçirilən qitə çempionatında da möhtəşəm oyun göstərən voleybolçu bu turnirin də "Ən Yaxşı Blokçu"su olmuşdu.[3] Fürst bu turnirdə medal qazanmaq şansını isə son anda itirmişdi. Belə ki, yarımfinala qədər irəliləyə bilən Almaniya millisi ilk öncə İtaliya seçməsinə "3-1", daha sonra isə ev sahibi Polşaya bu səfər "3-0" hesabı ilə məğlub olaraq bürünc medalın bir addımlığında büdrəmişdi.

Fənərbaxçadakı karyerası (2010-2011)

[redaktə | mənbəni redaktə et]

2010-cu ildə Volley Berqamoda oynayarkən Çempionlar liqasının finalında məğlub etdikləri Türkiyənin ən nəhəng klublarından Fənərbaxçanın maraq dairəsinə düşən voleybolçu iyun ayının 1-də İstanbul təmsilçisi ilə bir illik müqavilə imzalamışdı.[4][5] Fənərbaxça ilə keçirdiyi ilk mövsümdə Türkiyə Qadınlararası Voleybol Çempionatının kubokunu başı üzərinə qaldıran voleybolçu həmin mövsümün sonunda klublararası dünya çempionatını da qazanaraq karyerasının ən böyük titulunu qazanmışdı.[6][7] Bu turnirdə keçirdiyi 4 qarşılaşmada da özünü yaxşı tərəfdən göstərən Fürst klublararası dünya çempionatının da ən yaxşı oyunçularından biri idi.

2010-cu ildə keçirilən dünya çempionatı da Fürst üçün unudulmaz bir turnir olmuşdu. Turnirdə medal qazana bilməsə də göstərdiyi oyunla yenə də böyük rəğbət görən voleybolçu bu mundialda da "Ən Yaxşı Blokçu" mükafatını alaraq, digər blokçulara heç bir şans verməmişdi. Hər iki dünya çempionatında da ən yaxşı adına layiq görülən perspektivli oyunçu bunu bacaran yeganə blokçudur. Onun 2014-cü il dünya çempionatında da hansı titulu əldə edəcəyi və ya ümumiyyətlə necə oynayacağı böyük maraqla gözlənilir.

2011-ci ili də titulsuz keçirməyən voleybolçu klubu və milli komandası ilə heç bir çempionluq yaşamamasına baxmayaraq 4 şəxsi mükafat qazana bilmişdi. Bunlardan ikisi İsveçrədə hər il keçirilən olduqca güclü milli komandaların daimi iştirakçısı olduğu beynəlxalq səviyyəli turnir — "Montrö Volley Masters"də qazanılmışdı. Kristiane Fürst həmin turnirin həm bombardiri olmuş, həm də ən yaxşı blokçusu seçilmişdi. Digər bir titul isə komandasının gümüş medal qazandığı Avropa çempionatında qazanılan ikinci "Ən Yaxşı Blokçu" mükafatı idi. Bu mükafatı o daha sonra da rəqiblərinə qapdırmamışdı. Belə ki, 2013-cü ildə də Avropa çempionatında həmin şəxsi mükafatı əldə edən voleybolçu bununla da Avropada bir nömrəli blokçu olduğunu bir daha sübut etmişdi. 2011-ci ildə qazandığı digər bir titul isə London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya kuboku turniri idi. Həmin turnirin də ən güclü blokçusu Fürst seçilmişdi.

Vakıfbankla gələn "kubok yağışı"

[redaktə | mənbəni redaktə et]
2013 Avropa çempionatında Kristiane Fürstün Türkiyə millisi ilə oyunda servis başlayarkən görüntüsü.

2011-ci ilin may ayında Fənərbaxçanı digər bir türk klubu Vakıfbanka dəyişən Fürst karyerasında daha bir doğru addım atmışdı.[8][9] Yeni klubunda sevdiyi 7 və 11 nömrəli formaları başqa voleybolçular geyindiyi üçün o, 13 nömrəni seçmək qərarını almışdı.[10] Buradakı ilk mövsümünü çox da yaxşı keçirməyən voleybolçu 2012-13 sezonunda isə qazandığı titullara qaldığı yerdən davam etdi. Adı çəkilən mövsüm voleybolçunun karyerasının zivəsi idi, çünki Fürst həmin sezonu 6 kubok qazanaraq bitirmişdi. O, bu kubokların beşini Vakıfbankla qaldırmışdı. Nağıl kimi sezon keçirən Vakıfbankın həmin sezon bütün turnirlərdə əsas blokçu seçimi Kristiane Fürstdən yana olmuşdu. O, klubu ilə ilk olaraq Türkiyə çempionluğu, daha sonra isə yenə Türkiyə daxilində kuboku və superkuboku qazanmışdı. 2012-13 sezonunda CEV Qadınlar Çempionlar Liqasını da qazanan Vakıfbank bununla da klublararası dünya çempionatına vəsiqə qazanmışdı. Həmin turnirdə də Fürstün komandası çempionluq yaşayaraq qazanılmayan kubok buraxmamışdı. Əlavə olaraq o, bu turnirin ən yaxşı mərkəz oyunçusu da seçilmişdi. Titula doymayan alman blokçu həmin mövsümün sonunda keçirilən Avropa Liqası marafonunu da Almaniya millisi ilə birgə qazanaraq ard-arda beşinci qızıl medalına yiyələnmişdi. Yorucu sezonun ardından kiçik bir tətil keçirən voleybolçu dərhal milli komanda ilə hazırlıqlara başlamış və sentyabr ayında öz ölkəsinin Serbiya ilə birgə təşkil edəcəyi Avropa çempionatına yollanmışdı. Bu çempionatda da finala qədər irəliləyən Fürst və komandası tarixi uğurun bir addımlığından döndülər. Finalda Rusiya millisinə yenilən Almaniya əgər o matçı qazansa idi vahid Almaiya olaraq ilk Avropa çempionluğunu yaşayacaqdı.[11] Ancaq yenə gümüş medal da çox böyük uğur sayılırdı. Bu ikinciliyin yaşanmasında da ən böyük pay sahiblərindən olan Fürst yuxarıda da qeyd edildiyi kimi ardıcıl ikinci dəfə, ümumilikdə isə üçüncü dəfə turnirin ən yaxşı blokçusu olmuşdu.

Bütün bu uğurların yaşandığı bir vaxtda komanda ilə sözləşməsi bitən voleybolçu 2013-cü ilin aprelində Vakıfbankla mövcud müqaviləsini daha bir il uzadaraq ağıllı bir addım atdı.[12] Fürstlü Vakıfbank həmin sezonda da Türkiyə liqasının qalibi ola bilmişdi. Onlar finalda böyük çətinliklə Kristianenin əvvəlki komandası olan Fənərbaxçanı məğlub etmişdilər. 2013-14 mövsümünün Çempionlar Liqasında da finala qədər gələn Fürstün komandası Türkiyə çempionatından fərqli olaraq bu səfər məğlub olmuşdu. Onları finalda Rusiya təmsilçisi Dinamo Kazan məğlub edə bilmişdi.[13] Ancaq yenə də həmin sezon Vakıfbank möhtəşəm çıxış göstərmişdi. Keçən mövsümdən qalan uğurlu qrafikanın ardından bu mövsümdə də yaxşı çıxış edən İstanbul təmsilçisi mövsümün ortasında 73 matçlıq qalibiyyət seriyası yaxalayaraq tarixi rekorda imza atmışdı. Bununla onlar hətta, Ginnesin Rekordlar Kitabına da girmişdilər.[14] Bu rekorda son verən komanda isə Fənərbaxça olmuşdu.[15] Fürst üçün də tarixin ən güclü voleybol klubunda yer almaq böyük şans idi. O, bu mövsümdə şəxsi mükafat qazanmasa da Türkiyə kubokunu və "Montrö Volley Masters"i bir daha qızıl medalla yekunlaşdırmışdı.

2014-cü ildə klubdan ayrılan Fürst bunun olacağının siqnallarını qabaqcadan da verirdi. Belə ki, o, hələ may ayında jurnalistlərlə reportajında bunları söyləmişdi:

" Əczacıbaşı ilə görüşmələrimiz davam edir. Vakıfbank klubu mənimlə yeni müqavilə imzlamaq istəmədi. Bu səbəbdən də gələcək mövsüm komandada yer almayacam. Komandanı, oyunçuları və texniki heyəti çox sevirəm. Vakıfbankda gözəl zaman keçirdim. Ancaq bu şərtlərlə komandada qalmam mümkün deyil.[16]

"

O, dediyi kimi də etdi. Fürst transfer pəncərəsi açılar-açılmaz İstanbul təmsilçisi Əczacıbaşı ilə müqavilə imzaladı.[17] Fürstün getməsində ən böyük səbəkar isə Vakıfbankın italyan baş məşqçisi Covanni Quidetti olmuşdur. Çünki, o, daha gənc komanda qurmaq qərarını almış və komandadakı bütün təcrübəli legioner oyunçuları göndərib yerinə yeni oyunçular transfer etmək istəyirdi.[18]

  • Almaniya çempionatı: 2
1998-99, 2006-07
2007-08, 2008-09
2010-11, 2012-13, 2013-14
  • Almaniya kuboku: 2
1998-99, 2001-02
2008-09
  • Türkiyə kuboku: 2
1998-99, 2001-02
  • İtaliya superkuboku: 1
2008
  • Türkiyə Türkiyə superkuboku: 2
2012-13, 2013-14
2010, 2013
2009-10, 2012-13
2007-08

Milli komanda ilə

[redaktə | mənbəni redaktə et]

Şəxsi mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. "Christiane Fürst" (türk). tr.eurosport.com. İstifadə tarixi: 2014-07-01.
  2. "Christiane Fürst Kimdir?" (türk). christianefurst.kimdir.com. 2012-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  3. "Christiane Fürst kimdir?" (türk). fenerbahce.org. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  4. "Fener'e Bir Dünya Yıldızı Daha" (türk). sahadan.com. 06-01-2010. İstifadə tarixi: 2014-07-01.[ölü keçid]
  5. "Christiane Fürst Fenerbahçe Acıbadem'de" (türk). fenerbahce.org. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  6. "Fenerbahçe Acıbadem Dünya Şampiyonu" (türk). fenerbahce.org. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  7. "Fenerbahçe Dünya Şampiyonu oldu" (türk). spor.milliyet.com.tr. 21-12-2010. 2011-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  8. "Christiane Fürst Vakıfbank'a" (türk). m.futbolingo.com. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  9. "F.Bahçe'den Vakıfbank'a transfer oldu" (türk). spor.internethaber.com. 15-05-2011. İstifadə tarixi: 2014-07-01.[ölü keçid]
  10. "Vakıfbank – Christiane Fürst Röportajı" (türk). .voleybolextra.com. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  11. "Rusya 3-1 Almaniya (Avrupa Bayanlar Voleybol Şampiyonu Rusya Oldu)" (türk). milliyet.com.tr. 15-09-2013. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  12. Gürkut Gürsoy. "Christiane Fürst 1 yıl daha VakıfBank'ta" (türk). voleybolextra.com. 2013-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  13. "VakıfBank Avrupa ikincisi oldu!" (türk). tr.eurosport.com. 2014-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  14. "VakıfBank tarihe geçti" (türk). sabah.com.tr. 24-06-2014 (son güncəlləmə). 2014-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  15. "Vakıfbank'ın 73 maçlık serisine Fenerbahçe son verdi!" (türk). milliyet.com.tr. 25-01-2014 (son güncəlləmə). 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  16. "Seneye Vakıfbank'ta olmayacağım" (türk). voleybolunsesi.com. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  17. "Eczacıbaşı VitrA'dan iki yeni transfer" (türk). voleybolmagazin.com. 2014-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
  18. "VakıfBank'tan transfer atağı". NTVspor (xəbərdə bu kanala istinad edilib) (türk). voleybolunsesi.com. 09-05-2014. 2014-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]