Kristofer küçəsi (Manhetten)

Kristofer küçəsi (ing. Christopher Street) — Nyu-York şəhərinin Manhetten borosunun Qrinviç Villic rayonunda yerləşən küçə. 9-cu küçə və 6-cı prospekt arasında yerləşir. Kristofer küçəsi gey və lezbiyan hüquqları uğrunda mübarizənin simvollarından biridir.

Kristofer küçəsi
Bliker və Hadson küçələri arasında dükanlar
Bliker və Hadson küçələri arasında dükanlar
Ümumi məlumatlar
Ölkə
Şəhər Manhetten
Yekun koordinatı 40°44′00″ şm. e. 74°00′18″ q. u.
Şərəfinə adlandırılıb Çarlz Kristofer Amos
Poçt indeksi 10014
Qərb sərhədi Vest strit
Şərq sərhədi Altıncı prospekt

"Kristofer strit" stansiyası PATH yeraltı sürətli dəmir yolunun HOB-33JSQ-33 xəttlərinin sonuncu stansiyasıdır, hansı ki Manhetteni Nyu-Cersi ştatındaki HobokenCersi-Siti ilə birləşdirir. 1895-ci ildə qurulan "McNulty Tea and Coffee" adlı ən qədim çay şirkəti Kristofer küçəsində yerləşir.

Kristofer küçəsi Qrinviç Villicin ən qədim küçələrindəndir. O, admiral ser Piter Uorrenin malikanəsinin cənub sərhədini təşkil edirdi, köhnə Qrinviç yolu (hazırda Qrinviç prospekti) ilə başlamış və Nord River (indiki Hansvurt küçəsi) yaxınlığındaki qonşu malikanədə bitirdi. Küçəni admiral Uorrenin övladlığa götürdüyü oğlu polkovnik Uilyam Skinnerin şərəfinə Skinner küçəsi adlandırırdılar. Küçə mövcud adını 1799-cu ildə Uorren torpağının Çarlz Kristofer Amos tərəfindən alındığı zaman almışdır.[n 1] Kristofer küçəsindən savayı Çarlz və Amos küçələri da yeni adlarını aldılar. Ancaq sonuncusu daha sonra 10-cu küçə adlandırıldı.[1]

  1. Amosun Uorrenin varisi və ya adi bir fırıldaqçı olduğu hələ də bilinmir.
  1. "Greenwich Village: Glorying in its differentness; For 300 Years, A World Apart" By Lawrence Block; Lawrence Block, the author of the Matt Scudder and Bernie Rhodenbarr mystery series, frequently sets scenes of his novels in Greenwich Village." Arxivləşdirilib 2008-05-22 at the Wayback Machine, The New York Times, November 20, 1988. Accessed October 7 , 2007 . "A portion of the West Village was carved from a farm owned by a man named Charles Christopher Amos, and his three names were parceled out among three of the new streets." (Moscow, Henry The Street Book: An Encyclopedia of Manhattan’s Street Names and Their Origins New York: Hagstrom 1978. ISBN 0-82-321275-0).