Krivaya dili[1] (ukr. Крива коса) — qumun toplanması nəticəsində Azov dənizinin şimal-şərq sahillərində formalaşan dil.
Krivaya dili | |
---|---|
ukr. Крива коса | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
47°03′ şm. e. 38°08′ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
|
Dilin ərazisi inzibati cəhətdən Dones vilayətinin Novoazov rayonu Sedovo kənd sovetliyinə daxildir. 2014-cü ilin avqust ayından Ukrayna faktiki olaraq bölgəyə nəzarət etmir. Dil Mariupoldan 50 km, Belosaray dilindən isə 100 km aralıda yerləşir. Dənizin daxilinə doğru 9 km uzanır. Sahəsi 5 ha-dır. Şərq hissəsi olduqca dərin sahil xəttinə malikdir. Qərb hissə dayazlığı ilə seçilir, burada qamış və yosunlar yayılmışdır. Burada on minlərlə quş yumurta qoyur. Burada Qağayı, Qutan və b. quşları müşahidə etmək olar.
Krivaya dili yerli əhəmiyyətli təbiət abidəsidir. Status 11 yanvar 1978-ci ildə verilmişdir. Ərazi landşaft parkı ərazisinə daxildir («Meotida»).