Krunk PUA

Krunk (tərcümədə Leylək[1]) - Ermənistanda istehsal olunan pilotsuz uçuş aparatı. Ermənistanda ilk dəfə PUA layihəsinin həyata keçirilməsinə 2006-cı ildə başlanıb, daha sonra isə layihə A.Hamperyants adına Hərbi Aviasiya Universitetində davam etdirilib. 2009-cu ildə Ermənistan Silahlı Qüvvələri ilk “Krunk” tipli PUA-ları silahlanmaya qəbul edib. Ermənistan Silahlı Qüvvələri nisbətən böyük “Azniv”, “Krunk-25-1” və “Krunk-25-2” PUA-larına da sahibdir. “Krunk” ailəsi 3 modeldə istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Bəzi mənbələrin məlumatına görə Krunk PUA-ları Serbiya ilə müştərək istehsal olunur.

Krunk
Tipi Kəşfiyyat Pilotsuz Uçan Aparatı
Baş konstruktor A.Hamperyants adına Hərbi Aviasiya Universiteti
İlk uçuş 2011
Status İstifadə olunur
İstismarçılar Ermənistan Silahlı Qüvvələri
İstehsal ili 2011- indiyə kimi
Variantları Krunk-25-1, Krunk-25-2, Azniv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krunk PUA 2011-ci ildən istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında 1986-cı ildən bəri istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Onların Rusiyanın əlinə keçməsi tarixi təxminən 1990-cı ildə baş verib. “Krunk” PUA ailəsinin RQ-2 “Pioneer” PUA-ları ilə konstruksiya və TTX oxşarlığı kifayət qədərdir.

"Krunk 25-1-2" PUA-sı optik alətlərlə yeni bir turel əldə edib. Quraşdırılan səsboğucu boruların isə böyük ehtimalla daha güclü mühərrikin tətbiq edilməsilə əlaqədar olduğu bildirilir. “Krunk 25-1” PUA-sı 3.8 metr uzunluğa, 4.32 m qanad açılımına malikdir və 20 kq faydalı yük daşıyır. Kreyser sürəti 110 km/s, maksimal sürəti 140 km/s, havada qalma müddəti 210 dəqiqəyə qədər, fəaliyyət radiusu 150 km, videosiqnalın komanda məntəqəsinə ötürülmə məsafəsi isə 100 km-dir. İşçi uçuş hündürlüyü 500-3000 metr, maksimum uçuş hündürlüyü 4000 metrdir.

“Krunk 25-2” 15 kq faydalı yük daşıyır. Aparatın əsas parametrləri “Krunk 25-1” ilə çox yaxımdır: kreyser sürəti 110 km/s, maksimal sürəti 140 km/s, havada qalma müddəti 210 dəqiqədir. Fəaliyyət radiusu isə videosiqnalın ötürülməsi məsafəsinin 100 km-lik göstəricisinə qədər azaldılıb. İşçi uçuş hündürlüyü 500-3000 metr, maksimum uçuş hündürlüyü 3500 metrdir.

“Azniv” PUA-sının qanad sonluqlarındakı fərqini nəzər almasaq, “Krunk-25-2” ilə eyni olduğunu iddia edə bilərik.

Döyüş tətbiqi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun 1-ci eşalon bölmələrinin əsgərləri istifadələrində olan atıcı və HHM silahları vasitəsi ilə 2015-2016-cı illər ərzində 20 ədəd, 2017-ci ildə 5 ədəd, 2018-ci il ərzində 4 ədəd, 2019-ci ilin aprelinə kimi 1 ədəd, yəni 5 ildən az müddətdə 30 ədəd Ermənistan PUA-nı məhv ediblər.[2] 2015-2016-cı illərdə məhv edilən PUA-ların 2-si Krunk PUA olub. Bunların hər ikisi 2015-ci ilin avqust ayında cəbhədə vurulub.[3] Bu PUA həmçinin Aprel döyüşlərində Ermənistan Ordusu tərəfindən aktiv şəkildə tətbiq edilib.

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]
  • Ermənistan Ermənistan - 2015-ci ildə Ermənistan Ordusu inventarında 25-ə yaxın “Krunk-25-1” və “Krunk-25-2” PUA olduğu bilinir.[4]
  1. "PUA texnologiyasının yaranışı: Ermənistan hansı səviyyədədir? – ANALİZ (HƏRBİ EKSPERT)". 2019-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.
  2. "Ermənistan "feyk" PUA istehsalı ilə dünya bazarına çıxa bilərmi? - ANALİZ (HƏRBİ EKSPERT)". 2019-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.
  3. "Ermənistan silahlı qüvvələrinin daha iki pilotsuz uçan aparatı məhv edilib". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.
  4. "Ermənistan Ordusunun multikopter tipli PUA-ları – ARAŞDIRMA – FOTOLAR". 2019-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.