Kseniya Kovalenko

Kseniya KovalenkoBelarusdan milliləşdirilmiş azərbaycanlı qadın voleybolçu. 1986-cı ildə noyabr ayının iyirmi biri Belarusun Bereza şəhərində anadan olmuşdu. Əqrəb bürcündəndir, evli və ali təhsillidir. Hündür boyu ilə seçilən voleybolçunun (190 sm) blok yüksəkliyi 295 santimetrdir. Bu göstərici onun zərbələri zamanı 300 santimetrə qədər çata bilir. Blokçu mövqeyində oynayan Kseniya 2004-cü ildən etibarən qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının şərəfini qoruyur. Milli komanda ilə birlikdə müvafiq olaraq 2006 və 2014-cü illərdə keçirilən Voleybol üzrə qadınlararası dünya çempionatında da iştirak etmişdi. Son klubu Azəryol Bakıdır. Bu komandada "iki" nömrəli formanı tərlədir.[1]

Kseniya Kovalenko
Şəxsi məlumatlar
Tam adı Kseniya Kovalenko
Doğum tarixi (38 yaş)
Doğum yeri Belarus Bereza Belarus
Vətəndaşlığı azərbaycanlı
Voleybolçu məlumatları
Boyu 1.90 m
Çəkisi 78 kq
Zərbəsi 300 sm
Bloku 295 sm
Mövqeyi Blokçu
Karyerası
Komandası Azərbaycan Azəryol Bakı
Nömrəsi 2
Klub karyerası
2003–2009
2009–2011
2011–2012
2013
2013–
Azərbaycan Azərreyl Bakı
Azərbaycan Lokomotiv Bakı
İtaliya Parme Volley Girls
Azərbaycan Azərreyl Bakı
Azərbaycan Azəryol Bakı
Milli komanda karyerası
2004– Azərbaycan Azərbaycan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Altı illik Azərreyl macərası

[redaktə | mənbəni redaktə et]

Karyerasına 2003-cü ildə Azərreyldə başlayan voleybolçu bu komanda ilə bir sıra uğurlar qazanmışdı. Belə ki, 2003-cü ildən 2008-ci ilə kimi Voleybol üzrə Azərbaycan Superliqasında beş dəfə çempionluq əldə edən Azərreylin əsas oyunçularından biri də Kseniya olmuşdu və bu titulların hamısı onun karyerasına "bonus" kimi əlavə edilmişdi. O həmçinin bu müddətdə komandası ilə birlikdə CEV Qadınlar Çempionlar Liqasıda tez-tez mübarizə aparırdı. 2004-cü ildə bu turnirdə "dördlər finalı" həyəcanı yaşayan voleybolçu medalın bir addımlığında qalmışdı. Buna səbəb komandasının üçüncülük matçında Fransa komandası Kanna məğlub olması idi. Bundan sonra da bir neçə dəfə Çempionlar liqası həyəcanı yaşayan Kseniyanın klubu ancaq qrup mərhələsində büdrəyirdi. Məsələn, 2007-ci ildə də müvafiq turnirdə iştirak edən Azərreylin heyətində Kovalenkanın oynaması elə də inandırıcı görünmürdü. Həmin il milli komandamızın çıxış edəcəyi "Heydər Əliyev Kubokuna yollanmayan belaruslu Çempionlar liqasında oynamaq şansı əldə etmişdi. Sonda yenə də komandası qrup mərhələsini keçə bilmədi. Skavolini PezzaroƏczacıbaşı komandalarını özündən irəli buraxan Azərreyl qrupda üçüncü olmuşdu. Ancaq digər çempionatlardan fəqli olaraq bu turnir Kseniya üçün əlamətdar oldu. Çünki, o, turnirin sonunda "ən yaxşı blokçu" mükafatına layiq görülərək karyerası üçün tarixi uğura imza atmışdı. Voleybolçu 2009-cu ildə klubla müqaviləsini pozaraq azad agent statusuna malik oldu.[2]

Lokomotivlə gələn yüksəliş

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə yay transfer bazarlığı zamanı Lokomotiv klubunun radarına düşən Kseniya Kovalenko tez bir zamanda "dəmiryolçular" ilə razılıq əldə edə bilmişdi. 2010-cu ildə isə komandası ilə ikiillik müqavilə imzalayaraq bir çoxlarının proqnozunu alt-üst etdi. Onunla maraqlanan isə təkcə Lokomotiv deyildi. Bu komandadan qabaq İtaliyaPolşa klublarını ciddi bir şəkildə maraq dairəsində olan voleybolçu hətta həmin vaxt "Serie A"nı beşinci yerdə tamamlayan Urbino ilə anlaşmışdı. Son anda maliyyə məsələsində razılıq əldə edə bilməyərək geri dönmüşdü. Bundan sonra o, daha iki mövsüm Lokomotivin formasını tərlədəcəkdi. Lokomotivdə qaldığı mövsümlərdə bir çox uğurlara imza atan Kseniya burada 2008-09 mövsümündə Superliqanın bürünc, 2009-10 mövsümündə isə gümüş medallarına yiyələnmışdi. Hər iki mövsümdə turnirn "ən yaxşı blokçu"su adına layiq görülmüşdü. Eyni mükafatı 2009-10 mövsümündə keçirilən və günümüzdə mövcud olmayan Azərbaycan Kubokunda da qazana bilmişdi. O, Lokomotivdəki karyerası zamanı Avropa arenasında da ciddi uğurlar əldə edə bildi. Belə ki, voleybolçu 2010-11 mövsümündə Avropa Qadınlar CEV Çağırış Kubokunda final həyəcanı da yaşamışdı. Bu turnirin gümüş medallarını qazanan Lokomotiv klubunun əsas oyunçularından biri də Kovalenko idi. Kovalenkonun klubu tərk etdiyi mövsümün ertəsi ili Lokomotiv komandası həmin kuboku finaldaBakı Voleybol Klubunu məğlub edərək qazandı.[3]

Legioner həyatı (2011-2012)

[redaktə | mənbəni redaktə et]

Voleybolçu 2011-ci ilin iyulunda İtaliyada əsas liqaya yeni yüksələn Siqrade Parma komandasına transfer olundu. Belaruslu oyunçu bu komandada əsas heyət üzvünə çevrilsə də, mövsümün sonunda aldığı zədə İtaliyanı tərk etməsinə səbəb olub. 2011-12 mövsümü tamamən bu klubda keçirən Kseniya qeyd etdiyimiz zədə ücbatından bir il voleybol oynaya bilməmişdi.[4]

Yenidən doğma klubda

[redaktə | mənbəni redaktə et]

2013-cü ildə yaşadığı uzun müddətli zədədən qurtularaq özünə gələn voleybolçunun bir neçə aya tam hazır vəziyyətə gələcəyi möcüzə sayılsa da onunla maraqlananlar kifayət qədər idi. Elə bu minvalda o Bakının Azərreyl komandası ilə razılıq əldə etmişdi. Bu transferdə həmin vaxt Azərreylin baş məşqçisi postunda qərarlaşan italyan məşqçi Alessandro Kiappininin böyük rolu olmuşdu. Belədə "qırmızı-qaralar" həm Çempionlar Liqasında, həm də superliqada Kovalenkonun xidmətindən yararlanmağı məqsədəuyğun sayıb. Əslində Kseniya doğma klubuna qayıdıb. Belə ki, zədə üzündən xeyli vaxtdı meydana çıxmayan yığma üzvü 2003-09-cu illərdə bu klubun şərəfini qoruyub. Növbəti 2 ildə Lokomotivin uğurları üçün tər tökən 190 sm boya malik voleybolçu Bu üzdən İstanbulda bərpa kursu keçən blokçu bir müddət Beşiktaşın tərkibində məşqlərə də qatılıb. Bir neçə ay öncə məhz Azərbaycan Voleybol Federasiyasının dəvətiylə ölkəyə qayıdan Kovalenko "Azəryol Bakı"nın heyətində hazırlıq prosesinə cəlb olunsa da, oynamaq fürsəti əldə etməyib. Kseniya həmin mövsüm ölkə çempionatının 10-cu turu çərçivəsində "Lokomotiv Biləcəri"ylə oyunda Azərreylin ehtiyat oyunçular skamyasında əyləşib və görüş ərzində meydançaya çıxmayıb.[5]

2013-cü ildə Azərreylin Azəryol Bakı klubu ilə razılığı nəticəsində bu klubun ikinci komandası olması həmin zaman heyətdə olan oyunçulara da təsir etdi. Belə ki, Azərreylin bütün əsas oyunçuları birinci komanda sayılan Azəryola keçdi. Bu axın zamanı Kseniya da özünü yeni klubda tapdı. Ancaq Azəryolda Vargas və Vons kimi usta blokçuların olması onun əsas heyətdə yer almasını əngəlləyirdi.[6]

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

2004-cü ildən etibarən qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının şərəfini qoruyan Kseniya Voleybol üzrə qadınlararası dünya çempionatının 2006-cı ildə keçirilən yarışlarında komandamızın heyətində yer almışdı. 2009-cu ildə Polşada keçirilən Avropa çempionatına yollanan Azərbaycan millisinin blokçularından biri də Kseniya Kovalenka idi. Voleybolçu iki il sonra da Avropa çempionatının final mərhələsində iştirak etmişdi. Ancaq bu yarışlarda onun komandası yalnız müvafiq olaraq on ikinci və doqquzuncu yeri tutmuşdu. 2013-cü ildə də Qitə çempionatına aparılan voleybolçu bu turnirdə də "pley-off"dan irəlisini görə bilməmişdi.[7]

2014-cü ildə Voleybol üzrə qadınlararası dünya çempionatının seçmə mərhələsində göstərdiyi performansla millimizin mundiala vəsiqə qazanmasında əsas pay sahiblərindən biri olmuşdu. Onun dünya çempionatında necə oynuyacağı isə voleybol auditoriyası tərəfindən böyük maraqla gözlənilir.[8]

Şəxsi mükafatları

[redaktə | mənbəni redaktə et]
2003-04, 2004-05, 2005-06, 2006-07, 2007-08

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]