Kseniya Kovalenko (futbolçu)

Kseniya Kovalenko (rus: Ксения Алексеевна Коваленко , 26 may 1995[1], Aksu (şəhər, Pavlodar vilayəti), Pavlodar vilayəti) — Rusiyalı qadın futbolçu. Mövqeyi yarımüdafiəçidir. Moskvanın "MOİK" klubunun qadın komandasının və qadınlardan ibarət Rusiya milli komandasının üzvudur.[3]

Kseniya Kovalenko
Ümumi məlumatlar
Doğum tarixi 26 may 1995(1995-05-26)[1] (29 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1,72 m[2]
Mövqeyi yarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xanım futbolçu Kemerovanı təmsil edən "Kuzbass" klubunun yetirməsidir. Bir müddət "Kuzbass" klubunda çıxış etdikdən sonra, 2013-cü ildə Moskvanı təmsil edən "İzmaylovo" klubuna keçir. Burada 10 oyunda meydana çıxır. "İzmaylovo"da oynadığı müddətdə, qadınlardan ibarət Rusiya Milli Komandasına dəvət alır.

2014-cü ildə "Rossiyanka" klubuna keçir. Burada 27 oyunda meydana çıxıb 3 qol vurur. "Rossiyanka" klubu ilə birlikdə 2016-cı ildə qadın utbolu üzrə Rusiya çempionatının qalibi olur.

2017-ci ildə "MOİK" futbol klubunun qadın komandasına keçir.

Müntəzəm olaraq qadınlardan ibarət Rusiya milli komandasına dəvət edilir.[4]

  1. 1 2 Ksenia Kovalenko // Soccerdonna (alm.). 2010.
  2. 1 2 Soccerdonna (alm.). 2010.
  3. "Arxivlənmiş surət". 2016-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  4. "Arxivlənmiş surət". 2019-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.