Kseniya Sokolyanskaya

Kseniya Aleksandrovna Sokolyanskaya (rus. Ксения Александровна Соколянская; 11 mart 1987, Moskva) — Rusiya televiziya aparıcısı, jurnalist, "Настоящее время" telekanalının xəbər aparıcısı.

Kseniya Sokolyanskaya
Doğum tarixi 11 mart 1987(1987-03-11) (37 yaş)
Doğum yeri
Fəaliyyəti jurnalist
tv.m24.ru/personages/31

1987-ci ildə Moskvada anadan olmuşdur.[1][2] 2009-cu ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.[2][3][4]

Sokolyanskaya 2009-2011-ci illərdə "Kinopremyeralar" (rus. Кинопремьеры) və "Ulduz müsahibəsi" (rus. Звёздное интервью) proqramlarının aparıcısı kimi "Russia.ru" internet kanalında çalışıb. 2011-ci ilin sentyabrından 2017-ci ilin noyabrınadək "Москва 24" telekanalında: xəbər efirinin (30 iyun 2014-cü ilədək)[5], həmçinin "Meqapolis"[6] (rus. Мегаполис), "Moskva 24/7"[6] (rus. Москва 24/7), "Həyat tərzi" (rus. Стиль жизни) (2011—2015)[2][6] və "Sükan oyunları" (rus. Рулевые игры) (2015—2017) verilişlərinin aparıcısı kimi fəaliyyət göstərib.

2013-cü ilin sentyabrında Sokolyanskaya "Ən yaxşı teleaparıcı" nominasiyasında "Qlamur" jurnalının "İlin qadını-2013" müsabiqəsində iştirak edib[3][7]. Müsabiqədə Yana Çurikova, Vera Brejneva, Darya SpiridonovaMariya Kim kimi məşhurlar onun rəqibləri sırasında idilər[3].

2013-cü ilin oktyabrında Moskva şəhərinin Lomonosov prospekti boyunca Olimpiya məşəlini daşıyıb[8].

7 noyabr 2013-cü ildə Kseniya Sokolyanskaya "İlin ən yaxşı aparıcısı" nominasiyasında "Qızıl şölə" (rus. Золотой луч) mükafatı laureatı adını qazanıb[9][10].

2016-cı il sentyabrın 12-dən noyabrın 24-nə kimi Москва 24 telekanalındakı fəaliyyətilə paralel olaraq, "Gümüşü yağış" (rus. Серебряный дождь) radiostansiyasının "Səhər yeməyi daxildir" (rus. Завтрак включён) səhər şousunun aparıcılarından biri olub[11].

15 fevral 2018-ci ildən "Настоящее время" telekanalında xəbər proqramının aparıcısıdır[12].

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Anası — Yekaterina Aleksandrovna Bolotova, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin televiziya və radio verilişləri kafedrasının baş elmi işçisi[13][14], sənətşünaslıq elmləri namizədi[13][14]. Yekaterina Bolotova 32 məqalə və iki kitab müəllifidir[13].

Ailəlidir. Həyat yoldaşı — Aleksey Alekseyeviç Dokuçayev, Rusiya Televiziya Akademiyasının üzvü, "Голос-ТВ" prodüser mərkəzinin baş direktoru[15].

  1. "Энциклопедия звезд — Ксения Соколянская" (rus). Интернет-издание «Glamour». 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  2. 1 2 3 "Телеканал «Москва 24»" (HTML) (rus). Официальный сайт «Москва 24». 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  3. 1 2 3 "Телеведущая Ксения Соколянская претендует на звание «Женщина года»" (rus). Портал «News.Ramler.ru». 2013-09-27. 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  4. "Наш дом на Моховой" (PDF). 2018-02-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-19.
  5. Поколения М. "Профессии на ТВ. Мастер-класс Ксении Соколянской для «Поколения М»" (rus). Youtube.com. 20.02.2018. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  6. 1 2 3 "Ксения Соколянская" (rus). «Афиша.ру» (16+). 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04. (#apostrophe_markup)
  7. @infomoscow24. "Аккаунт «Москва 24»" (rus). 2013-09-26. 2013-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  8. "Ксения Соколянская приняла участие в эстафете Олимпийского огня" (rus). Newstube.ru. 2013-10-07. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  9. "Ксения Соколянская стала лауреатом премии "Золотой луч"" (rus). Портал «M24.ру». 2016-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  10. "Ксения Соколянская стала победительницей премии «Золотой луч»" (rus). Newstube.ru. 2013-11-07. İstifadə tarixi: 2020-05-04.[ölü keçid]
  11. "«Багатели» Василия Кандинского: удивительная техника живописи". Серебряный дождь. 2016-11-23. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  12. "Ксения Соколянская". Настоящее время. 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  13. 1 2 3 "Болотова Екатерина Александровна" (rus). Интеллектуальная Система Тематического Исследования НАучно-технической информации. 2016-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  14. 1 2 "Болотова Е.А." (rus). Факультет журналистики МГУ. 2015-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.
  15. Фонд «Академия Российского телевидения». "Докучаев Алексей Алексеевич" (rus). TEFI. 2019. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]