Kuanqçi[2] (vyet. Quảng Trị, ⓘ) — Vyetnamın mərkəzi hissəsində, Kuanqçi vilayətində şəhər və liman. Əhalisi 20 min nəfərdən azdır.
Kuanqçi | |
---|---|
16°45′04″ şm. e. 107°11′08″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 16 sentyabr 1989 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 10 m |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin əsas xüsusiyyəti 1824-cü ildə tikilmiş Kuanqçi qalasıdır.[3]
1950–1970-ci illərdə şəhər Cənubi Vyetnam ərazisində yerləşirdi və eyniadlı vilayətin mərkəzi idi. Vyetnam müharibəsi zamanı üç dəfə döyüş səhnəsinə çevrilmişdir. 1968-ci ilin yanvarında Tet hücumu zamanı kommunist qoşunları ilk dəfə şəhərə basqın etməyə cəhd etmiş, lakin uğursuz olmuşdur. Pasxa hücumu zamanı onlar 1 may 1972-ci ildə Kuanqçini ələ keçirməyi nail olmuş, 16 sentyabrda Cənubi Vyetnam ordusu döyüşlər zamanı böyük ziyan dəymiş şəhərə nəzarəti yenidən bərpa etmişdilər. Şəhər 19 mart 1975-ci ildə Bahar hücumunun zirvəsində Şimali Vyetnam Ordusu tərəfindən birdəfəlik ələ keçirilmişdir.