Kubaçilər

Kubaçilər (özlərini urbuqan adlandırırlar) — darginlərin etnoqrafik qrupu. Dağıstanın Kubaçi qəsəbəsində yaşayırlar. Dargin dilinin kubaçi (arbuk) dialektində danışırlar. Dindarları müsəlmandır. Adları mənbələrdə IX əsrdən zirehgəran (farsca "zireh qayıran"), XVI əsrdən isə kubaçi (türkcə "zireh qayıran") kimi çəkilir. Hələ qədimdən bədii metalişləmə ilə məşğul olurlar.

Kubaçilər
Kubaçilər. 1936-cı il. S.N.Strunnikovun çəkdiyi fotoqraf
  • Кубачиләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 11.