Kudüs TV — Türkiyədə fəaliyyət göstərən televiziya kanalı.
Kudüs TV | |
---|---|
| |
Ölkə | Türkiyə |
Dil | Türk dili |
Baş qərargah | Türkiyə, İstanbul |
Yaranma tarixi |
1-ci dəfə: 2008 2-ci dəfə: 31 dekabr 2016 |
Bağlanma tarixi | 1-ci dəfə: 1 noyabr 2016 |
Sahibi | Nurəddin Şirin |
Şüar | türk. Gözünüz Kudüs'te olsun |
Sayt | kudustv.com.tr |
Kanal 2008-ci ildə Nurəddin Şirin tərəfindən qurulub və internet üzərindən yayımlanmağa başlayıb.[1]
Kudüs TV 13 avqust 2013-cü ildə peyk üzərindən də yayımlanmağa başlayıb.[2]
1 noyabr 2016-cı ildə Türkiyə Radio və Televiziya Ali Qurumu tərəfindən kanalın yayımı dayandırılıb, binası möhürlənib və avadanlıqları müsadirə edilib.[3][4] Kanal isə mətbuat açıqlaması verərək buna etiraz edib.[5][6]
TV 31 dekabr 2016-cı ildə yenidən fəaliyyətə başlayıb.[7]
Kanalın "kudustv.com" adlı rəsmi saytının domeni 2021-ci ilin iyulunda ABŞ Hökuməti tərəfindən 18 U.S.C. §§ 981, 982 və 50 U.S.C. 1701-1705 Sənaye və Təhlükəsizlik Bürosu, İxracın Mühafizəsi İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən hüquq-mühafizə tədbirləri çərçivəsində bloklanıb.[8]
Mənbə[9]