Qlobal TV

"Qlobal" TVAzərbaycanda fəaliyyət göstərən azərbaycandilli dini peşəkar internet televiziya kanalı.

Qlobal TV
Loqonun şəkli
Qlobal TV-nin rəsmi loqosu (2014)
Ölkə Azərbaycan Respublikası
Dil Azərbaycan dili
Yaranma tarixi 2014 (I)
2023 (II)
Bağlanma tarixi 2018 (I)
Sahibi Emin Səmədov[1][2]
Sayt qlobal.tv

Azərbaycanın ilk dini peşəkar televiziya kanallarından olan Qlobal TV 1-ci dəfə 2014–2018-ci illərdə fəaliyyət göstərib.[3] 2018-ci ildə fəaliyyətini dondurduqdan sonra 2022-ci ilin aprelində 2023-cü ilin yanvarında yenidən fəaliyyətə başlayacağı açıqlanıb.[4] 2022-ci ilin dekabrında kanalda texniki işlərin həll edildiyi və yanvarda fəaliyyətə başlamağa tam hazır olduğu bildirilib.[5][6] 13 yanvar 2023-cü ildə yayımlanan "Allaha Doğru" verilişi ilə kanal 4-5 illik fasilədən sonra öz fəaliyyətini tam bərpa edib.[7]

Verilişlər[redaktə | mənbəni redaktə et]

2014-cü ildə fəaliyyətə başlayan Qlobal TV-nin qısa müddət sonra 5 verilişi TürkSat vasitəsilə yayımlanan Türkiyənin ümumrespublika televiziya kanalı olan "Kanal ON4"-də efirə verilmişdir. Qlobal TV-nin Kanal ON4-də yayımlanan verilişləri: "Hidayət Çırağı", "Zərif Dəqiqələr", "Olduğu Kimi", "Tanıt Azərbaycanı" və "Söz İçində Söz".

Qlobal TV-nin rusdilli auditoriya üçün nəzərdə tutulmuş "Мыcли вслух" (azərb. Səsli düşüncə‎) verilişi isə peyk vasitəsilə yayımlanan və Rusiyada fəaliyyət göstərən televiziya kanalında efirə getmişdir.

2018-də fəaliyyətini dayandıran 2023-də isə yenidən fəaliyyətə başlayan Qlobal TV-nin hal-hazırda 3 verilişi ON4 TV-də yayımlanır: "Zərif Dəqiqələr"[8], "Tanıt Azərbaycanı"[9] və "Misra" verilişi.[10]

Yayımlanan verilişlər[redaktə | mənbəni redaktə et]

  • 2023: — Allaha Doğru
  • 2014–2018; 2023: — Zərif dəqiqələr
  • 2023: — Sözümüz sözdür
  • 2023: — Misra

Yayımlanmış verilişlər[redaktə | mənbəni redaktə et]

  • 2014–2015: — Heyvanlar aləmi
  • 2014–2015: — Təbiətin notları
  • 2014–2018: — Hidayət çırağı[11]
  • 2014–2018: — Söz içində söz
  • 2015–2018: — Maraq dairəsi[12]
  • 2015–2018: — Kulinariya məktəbi
  • 2015–2018: — Elin içindən
  • 2018: — Qlobal Məlumatlar
  • 2018: — Olduğu Kimi
  • 2018: — Ən Aktual
  • 2018: — Qlobal Dil - İngilis dili dərsliyi
  • 2018: — Xəbərlər[13]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]