Kukunor (çin. 青海湖, monq. Хөх нуур) — Asiyanın axını olmayan ən böyük dağ gölüdür. Çinin qərbində Sinxay vilayəti ərazisində yerləşir. Çinlilər gölü Sinxay (青海), monqollar Kuku Nuur (Хөх нуур) və tibetlilər isə Sо Nqonpo adlandırırlar ("göy göl").
Kukunor gölü | |
---|---|
çin. 青海湖, monq. Хөх нуур | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3.266 m |
Eni | 80 km |
Uzunluğu | 110 km |
Sahəsi | 4200 - 5694 km² |
Həcmi | 71.600.000.000 m³ |
Dərin yeri | 38 m |
Yerləşməsi | |
38°00′00″ şm. e. 100°00′00″ ş. u.HGYO | |
Ölkə | ÇXR |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl Sinxay vilayətinin paytaxtı Sinin şəhərindən 100 km qərbdə yerləşir. Gölün uzunluğu 105 km, eni isə 65 km təşkil edir. Onun sahəsi 4,2 min km² yaxındır. Gölün ən dərin yeri 38 metr təşkil edir. Kukunor gölü eyni adlı yaylada yerləşir və dəniz səviyyəsindən 3205 m hündürlükdə qərar tutur.
Sahilləri az girintili-çıxıntılıdır. Gölün sahilərində terras yaranıb (hündürlüyü 50 m). Dibi zəif lilləşməyə məruz qalıb. Göldə bir neçə qum adaları var. Kukunor gölünə 23 çay tökülür. Ən iri çayı Buxin-Qoldur. Çay delta əmələ gətirir. Gölün qərbinə tökülür. Yay ərzində yağıntıların azalması ilə əlaqədar səviyə enir. Yay ərzində suyun temperaturu 18–20° S olur. Noyabrdan mart ayına qədər göl donur. Suda minerallaşma səviyəsi 11,3 q/l təşkil edir. Göldə təkcə Çəkikimilərin nümayəndələri yaşayır. Gölü tətqiq eliyən ilk avropalı Nikolay Mixayloviç Perejevalski (1872) olmuşdur.