Kunq-fu Panda 2 (ing. Kung Fu Panda 2) — 2011-ci ildə istehsal olunmuş ən məşhur animasiya filmlərindən biridir. Filmdə məşhur aktyor Ceki Çan yenidən "Meymun" personajını səsləndirmişdir. Jan-Klod Van Damm isə "Usta Krok" personajını canlandırmışdır. Animasiyanın hər iki hissəsi uğur qazanmışdır. Animasiya 2012-ci ildə "Ən yaxşı qısametrajlı animasiyaya görə Oskar mükafatı" nominasiyasına layiq görülmüşdür.[1]
Kunq-fu Panda 2 | |
---|---|
ing. Kung Fu Panda 2 | |
Janr | Animasiya |
Növü |
Macəra Komediya Məhəbbət |
Rejissor | Cennifer Yuh Nelson |
Prodüser | Melissa Kobb |
Rolları səsləndirənlər |
Cek Blek Dastin Hoffman Ceki Çan Lüsi Lyu Jan-Klod Van Damm Set Roqen Devid Kross Ancelina Coli Mişel Yeo |
Bəstəkar |
Con Pauell Hanz Tsimmer |
Dil | İngilis dili |
Ölkə | ABŞ |
Studiya | DreamWorks Animation |
Distribüsiya | Paramount Pictures |
Davametmə müddəti | 90 dəqiqə |
İl | 2011 |
İlk baxış | 26 may, 2011 |
Büdcə | $150 milyon |
Gəlir | $665,692,281 milyon |
Sonrakı | Kunq-fu Panda 3 |
ID 1302011 | |
Rəsmi sayt |
Bu bölümdə əsas obraz olan Po və dostları Çini fəth etmək üçün istifadə etməyi planladığı güclü silaha - topa sahib olan Şen adlı pisniyyətli, ağ tovuzquşu ilə mübarizə aparır. İllər əvvəl Şen faldan öyrənir ki, gələcəkdə "ağ-qara döyüşçü" onu məğlub edəcək. Buna görə də Şen tapa bildiyi üçün pandaları öldürür. Bəzi pandalar qaçaraq canını qurtara bilir. Buna görə Şen hökmdar olan atası tərəfindən sürgün olunur. Uzun müddətdən sonra Şenin canavar ordusu metal toplamaq üçün yenidən kəndlərə hücum edir. Bu zaman Po və dostları onlarla döyüşür və qalib gəliblər. Döyüşün sonunda Po düşmənin zirehindəki simvolu xatırlayır - o, bu simvolu lap balaca olan görmüşdü. Po keçmişi ilə bağlı qorxunc bir sirr ilə rastlaşır və Şen bununla birbaşa bağlıdır. Po qaz olan atalığı ilə xatırladığı xatirə haqqında danışanda məlum olur ki, atalığı onu restoranın yanındakı turp yeşiklərinin içərisində tapıb. Heç kim panda balasını almağa gəlmədiyi üçün Pinq Ponu oğlu kimi qəbul edib.
Sonrakı gedişatda Po və dostları şəhəri işğalçı Şendən almaq üçün yola düşürlər. Amma hələ heç kim Ponun intiqam üçün səbəbi olduğunu bilmir. Komanda onları öldürməyə hazırlaşan Şenə təslim olur. Plan əsasında dəvədəlləyi gizlincə komandanı zəncirlərdən azad edir. Beləliklə, onlar əsas silahı tapa bilirlər, ancaq onu məhv edə bilmirlər. Buna görə də qaçmağa məcbur olurar. Kaçışlarının ardınca Pələng və Po üzləşməli olur. Məlum olur ki, Po tərk edildiyi gündə Şenin orada olduğunu xatırlayır. Pələng Poya qarşı sempatiya duyur, ancaq Ponun onlarla gəlməsinə icazə vermir. Çünki diqqətsizliyinin, ya da intiqamının onu və digərlərini öldürə biləcəyindən qorxur. Beşli Ponu zindanda qoyur və partlatmaq məqsədiylə Şenin top fabrikinə gedirlər. Ancaq Po Şeni təqib edir və istəmədən planı pozur. Komanda ələ keçir. Şen yalan danışaraq Ponun ailəsinin Podan nifrət etdiyini deyir və onu vurur.
Ağır yaralanmış, amma sağ olan Po çayda huşuni itirmiş halda üzərkən kahin tərəfindən xilas olunur. Kahin pandalara nə olduğunu anladır və keçmişini qəbul etməsini məsləhət görür. Sonunda daxili rahatlığı yetişən Po anasının qorumaq onu turp sandığında gizlətdiyini xatırlayır.
Hər şeyi öyrənən Po Şenin Çinin işğalına başlamaq üçün toplarıyla və ordularıyla çaydan aşağı doğru yelkən açdığı Qonqman şəhərinə qayıdır. Po beşliyi zəncirdən qurtarır və bir neçə kunq-fu usdadının köməyi ilə ən öndə gələn gəmiləri çevirərək Şenin və onun ordusunun qalanının limana çatmasının qarşısını alırlar. Şen yolu təmizləmək üçün bir top atəş edərək öz əsgərlərini öldürür. Partlamadan yaralanmış Po Şenə qarşı təkbaşına durur və yeni kəşf etdiyi bacarığı ilə ona tərəf atəşlənən bütün mərmiləri Şenin donanmasına göndərərək düşmən donanmasını məhv edir. Şen Poya nizə ilə hücum edir, amma səhvən toplardan birini tutan kəndirləri kəsir. Po tullanaraq qurturur, ancaq Şen partlamada ölür.
Sonda Şenə qalib gələn Po atalığı Pinki "ata" deyərək qucaqlayır. Bu arada dağların arasındakı gizli panda kəndində Ponun əsil atası Li Şanın yaşadığı məlum olur. Li Şan birdən oğlunun hələ də yaşadığını hiss edir. Beləliklə, növbəti bölümə zəmin hazırlanmış olur.