Kupid (peyk)

Kupid (ing. Cupid) - Uranın daxili peykidir. O, 2003-cü ildə Habbl teleskopundan istifadə edən Mark Şovalter və Cek Lissauer tərəfindən ləşf edilib.[3] Kupid adı Uilyam Şekspirin Afinanın Timonu tamaşasındakı bir obrazdan götürülüb.[4]

Kupid
Kəşf tarixi25 avqust 2003
Böyük yarımoxu
74.392 km
Əyilməsi0,0017 radian
Nəyin peykidirUran
Özünə xas ekssentrisitet
0,0013
Həcmi3.000 km³[1]
Kütləsi3 exagram[2]
Albedo0,07[1]
Temperatur64 K

Kupid Uranın peykləriUranın daxili peykləri içərisində ən kiçiyidir. Diametrinin təxminən sadəcə 18 km olduğu təxmin edilir.[5] Bu və onun qaranlıq səthi Voyacer 2-nin 1986-cı ildə Uranın yaxınlığından etdiyi uçuş zamanı onun görüntülərini əldə etməyi xeyli çətinləşdirmişdi.

Kupidin orbiti ondan daha böyük olan Belindanın orbitindən sadəcə 863 km fərqlənir. MabPerditadan fərqli olaraq Uranın peykləri həmçinin 2003-cü ildə kəşf olunmuşdu, o bu cəhətdən də çox narahat görünmür.[5]

Kəşf olunduqdan sonra Kupidə müvəqqəti olaraq S/2003 U 2 adı verilmişdi.[3] XXVII Uran olaraq da adı qeyd olunur. Asteroid olan 763 Kupido ilə qarışdırılmamalıdır.[4]

  1. 1 2 NASA FACTS (ing.). NASA.
  2. https://ssd.jpl.nasa.gov/?sat_phys_par.
  3. 1 2 Showalter, Mark R.; Lissauer, Jack J. "S/2003 U 1 and S/2003 U 2". IAU Circular. 8209. September 25, 2003. ISSN 0081-0304. 2006-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-02.
  4. 1 2 "Planet and Satellite Names and Discoverers". Gazetteer of Planetary Nomenclature. USGS Astrogeology. July 21, 2006. 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-08-05.
  5. 1 2 Showalter, Mark R.; Lissauer, Jack J. "The Second Ring-Moon System of Uranus: Discovery and Dynamics". Science. 311 (5763). 2006-02-17: 973–977. Bibcode:2006Sci...311..973S. doi:10.1126/science.1122882. PMID 16373533.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]