Kupreyanov adası

Kupreyanov adası[1] (ing. Kupreanof Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.

Kupreyanov adası
ing. Kupreanof Island
Ümumi məlumatlar
Sahəsi 2803 km²
Uzunluğu
  • 83.685,888 m
Eni 32.186,88 m
Hündür nöqtəsi 1122 m
Əhalisi 785 nəfər (2000-ci il)
Yerləşməsi
56°45′ şm. e. 133°30′ q. u.HGYO
Ölkələr
Arxipelaq
Akvatoriya
Kupreyanov adası xəritədə
Kupreyanov adası
Kupreyanov adası
Kupreyanov adası xəritədə
Kupreyanov adası
Kupreyanov adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın uzunluğu 84 km, eni 32 km və 2803 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 13-cü və dünyanın 170-ci ən böyük adasıdır. Materiklə məsafə təxminən 5,5 km, Kuyu adasına qədər — yarım kilometrdən azdır. Adadakı Lindenberq yarımadasını adanın əsas hissəsindən ayıran Dunkan Kanal körfəzi tərəfindən demək olar ki, ikiyə bölünür.

Ada bütünlüklə Tonqass Milli Meşəsinin bir hissəsidir. Rəsmi olaraq ağac kəsimi və emalı aparılır[2][3].

Adanın xəritəsi ilk dəfə 1793–1794-cü illərdə Vankuver Ekspedisiyası zamanı araşdırmaçı Ceyms Constoun və Discoveri gəmisinin kapitanı Cosef Uidbi tərəfindən çəkilib. Adanın rəsmi adı 1836–1840-cı illərdə Rus-Amerika şirkətinin meneceri İvan Kupreyanovun şərəfinə 1848-ci ildə verilmişdir[4].

2000-ci il siyahıyaalınmasına görə, adada 785 nəfər yaşayırdı. Onlardan 710 nəfəri Key şəhərində, 23 nəfəri isə Kupreyanov şəhərində yaşamışdır. Əhalisi tlinqitlərdir[5].

  • Corc və Con Vankuverlər. "«A voyage of discovery to the North Pacific ocean, and round the world»". books.google.ru (rus). 1801. İstifadə tarixi: 2021-02-11.
  1. "Русская Америка". www.npacific.ru (rus). 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
  2. "Tonka Timber Sale on Kupreanof Island" (ingilis). 2012-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-27.
  3. "Kupreanof Island timber sale open for public review" (ingilis). 2011-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-27.
  4. "Остров Купреянова". geonames.usgs.gov (rus). 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-11.
  5. "Карта острова Купреянова" (rus). 2013-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-27.