Küntə Hacı Kişiyev adına Kurçaloy cümə məscidi (çeç. Куршлойн гIалар Киши Кунт-Хьажи цӀарах маьждиг) — Çeçenistan Respublikasının Kurçaloy şəhərinin tarixi mərkəzi hissəsində yerləşən müsəlman dini ibadətgahı. Məscid cümə məscidi statusuna malikdır. Burada eyni vaxtda 5000-ə qədər insanın ibadət etməsi üçün şərait vardır.
Küntə Hacı Kişiyev adına Kurçaloy cümə məscidi | |
---|---|
çeç. Куршлойн гIалар Киши Кунт-Хьажи цӀарах маьждиг | |
| |
43°12′13″ şm. e. 46°05′29″ ş. u.HGYO | |
Ölkə |
Rusiya Çeçenistan |
Status | cümə məscidi |
Şəhər | Kurçaloy |
Rayon | Kurçaloyevski rayonu |
Yerləşir | Kurçaloy şəhəri, Əhməd Kadırov küçəsi |
Sifarişçi | Ramzan Kadırov |
Tikilmə tarixi | 2008-2009 dekabr |
Üslubu | Osmanlı memarlığı |
Hündürlüyü | 25 m |
Sahəsi | 1800 m² |
Minarələri | 4 |
Günbəzləri | 1 əsas 14 əlavə |
Material | mərmər-travertin (divarlar) |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Kurçaloydakı köhnə məscidin banisi Küntə Hacı Kişiyevdir (1796–1867). Yerli tarixçilərin fikrincə, ilk köhnə Kürçaloy məscidi təxminən 1840-cı illərdə tikilmişdir.[1] Məscid əvvəlcə kiçik bir ibadət evi idi. Sonra bir neçə dəfə genişləndirilərək yenidən inşa edilmişdir.[2]
2007-ci ildə Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov məscidin genişmiqyaslı yenidən qurulması təşəbbüsü ilə çıxış etdi. 2008-ci ildə yeni məscidin tikintisinə başlanıldı. Məscidin köhnə binası söküldü. Tezliklə yeni kafedral məscidin bünövrəsinə ilk daş qoyuldu. Köhnə məscidin bünövrəsindən çıxan daşlar təzə məscidin bünövrəsinə qoyuldu. Tikinti 2009-cu ilin oktyabrında layihəni təhvil verən türk şirkəti tərəfindən həyata keçirilib. Kürçaloy mərkəzi məscidinin açılışı 2009-cu il oktyabrın 5-də baş tutmuşdur.[3]
Kurçaloy cümə məscidinin memarlığı iki üslubu — klassik Osmanlı və Bizans üslubunu birləşdirir. Kurçaloy məscidi müsəlmanların əsas ziyarətgahı olan Məscidül-Həram məscidinə istiqamətlənib. Konstruksiyaları möhkəmləndirmək üçün binanın altına svaylar vurulub. Məscid on dörd kiçik günbəzlə bəzədilib, onun mərkəzində dörd yarımqübbə ilə əhatə olunmuş, hündürlüyü iyirmi metrdən çox olan günbəz var.[4]
Məscid hündürlüyü iyirmidən çox və diametri 15,5 metr olan əsas böyük günbəzlə taclanır. Məscidin ümumi sahəsi təxminən 1800 m²-dir. Şimal tərəfdən əsas binaya klassik çadır formalı 180 kvadratmetrlik yay qalereyası bitişikdir. Məscidin qərb tərəfində qeyri-adi memarlığı ilə seçilən, içərisi mərmərlə bəzədilmiş dəstəmaz üçün ev var. Bütün bunları 47 metrlik dörd minarə tamamlayır. Məscidi əhatə edən hər dörd minarənin iki eyvanı var. Məsciddə eyni vaxtda beş minə qədər mömin ibadət üçün toplaşa bilər. Məscidin mərkəzi girişi kitabə — Küntə Hacı Kişiyevin kəlamları ilə bəzədilib. Məscidin xarici və daxili divarları mərmər — travertinlə, içərisinin dekoru isə ağ mərmərlə bəzədilmişdir. İçərisində 2-ci mərtəbə səviyyəsində U formalı eyvan var. Məscidin daxilinin və xaricinin rənglənməsini türk ustaları ediblər. Divarlar, tavanlar və günbəzin içərisi Qurandan olan surələrlə bəzədilib. Məsciddə "Svarovski" daşları ilə bəzədilmiş iri asma çilçıraqlar var.[5]