Kurçaloy

Kurçaloy (çeç. Курчалой-Эвла[1]) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Kurçaloyski rayonunun şəhər mərkəzi.[2].

Şəhər
Kurçaloy
çeç. Курчалой-Эвла
43°12′16″ şm. e. 46°05′16″ ş. u.HGYO
Ölkə  Rusiya
Respublika Çeçenistan
Rayon Kurçaloyevski rayonu
Mer İbrahimov Naja İmalieviç
Tarixi və coğrafiyası
Əsası qoyulub 1944
Yaşayış məntəqəsi statuslu 2019
Sahəsi 38,15 km²
Mərkəzin hündürlüyü 169 m
İqlimi mülayim
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 26 115 nəfər (2019)
Sıxlığı 684,53 nəf./km²
Milli tərkibi çeçenlər
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87155
Poçt indeksi 366314
Digər
kurchaloy.ru  (rus.)
Kurçaloy xəritədə
Kurçaloy
Kurçaloy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kurçaloy şəhəri Qroznının 42 km cənub-şərqində, HunqTerliq çaylarının birləşməsin tam üzərində, Qums çayının sağ sahilindəki düzənliyin ətəyində yerləşir. Ən yaxın Qudermes qatar stansiyasından 20 km aralıdadır.

Onun şimalında İlasxan-Yurt kəndi, şərqindən Mayrtup kəndi, cənub-şərqində Ciqurtı kəndi, cənubunda Niki-Xita, cənub-qərbində Avturı, şimal-qərbində Qeldaqana kəndi yerləşir.[3]

Kurçaloy şəhərinin adı şəhərin əsasını qoyan çeçen Kurçaloy tayfasından gəlməkdədir.

Kurçaloyun adına ilk dəfə bir rəsmi sənəddə 1732-ci ildə Kızlar qalasının komendantı D.F Eropkinin "Dağ sahiblərinin siyahıya alınması" qeydlərində rast gəlmək olur. Bronevskiyə görə Kurçaloy Kaçkalık dairəsinə daxil idi.[4][5][6]

Çeçenistanın şərqində yerləşən bu şəhərin adı daha sonralar, 1770-ci ildə səyyah İ.A.Güldenstedt tərəfindən çəkildi.[7].

Qafqaz prokurorunun rəsmi katibi P.M. Saxno-Ustimoviçin sözlərinə görə Kurçaloy kəndi əvvəlcə Alxan-Yurtın üstündəki Sunjaya axan Qexi çayının üzərində yerləşirdi. Köhnə Kurçaloy 1826-cı il aprelin 12-də rus qoşunlarının Qafqaza hücumu zamanı tamamilə məhv edilmişdi.[8][9].

1834-cü ildə Hərbi Topoqrafiya Anbarının müdiri İ.F. Blaramberq Qexi çayı üzərindəki kəndlərin - Nuarik, Malaqa, Qexi təkrar hücumlarla məhv edildiyini qeyd etdi. Qexi sakinləri yaxınlıqda yerləşən Dıxinkaç-yurt, Mirzaxan-yurt, Saytan-yurt və Kürçala kimi kiçik kəndlərə köç etdilər.[10][11][12][13].

1944-cü ildə çeçenlərin qovulması və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi ilə əlaqədar yaşayış məntəqəsi dəyişdirilərək Valeriya Çkalov adlandırıldı. 1958-ci ildə isə yenidən Kurçaloy adını aldı

Şəhər statusu alması

[redaktə | mənbəni redaktə et]

2019-cu ilin yanvar ayının əvvəlində şəhərə çevrilmədən əvvəl Kurçaloy Çeçenistan Respublikasının ən böyük kənd yaşayış məntəqəsi idi.

13 fevral 2018-ci ildə Çeçenistan hakimiyyətinin şəhər Mayrtup kəndini də daxil edərək Kurçaloy kəndinə şəhər statusu vermək niyyətində olduğu barədə məlumatlar ortaya çıxdı.[14]

4 oktyabr 2018-ci ildə Çeçenistan Parlamenti Kurçaloy kəndinin şəhərə çevrilməsinə qərar verdi.[15]

Çeçenistan Respublikasının 29 dekabr 2018-ci il tarixli "Kurçaloy kənd məntəqəsinin statusunun dəyişdirilməsi"[16] haqqında qanununa əsasən, Kurçaloy kəndi şəhərə çevrildi. Bu qanun dərc edildikdən 10 gün sonra, yəni 9 yanvar 2019-cu ildə qüvvəyə minmişdir.

Əhalinin sayı

[redaktə | mənbəni redaktə et]
İllərə görə əhali: Kurçaloy
(Mənbə: [17][18][19][20])
İl193919591970197919902002201020122013201420152016201720182019
Əhali3643510473178437990620 85722 72323 23723 61023 97124 46924 84725 26025 67226 115

2010-cu ildə aparılan siyahıya almaya görə Kurçaloyun milli tərkibi belədir:

Millət Sayı
nəf.
Ümumi əhaliyə
nisbəti, %
çeçenlər 22 669 99,76 %
digərləri/bilinməyən 54 0,24 %
cəmi 22 723 100,00 %

Əhalinin 99%-i müsəlman sünnilərdir.

Qardaşlaşmış şəhər(lər)

[redaktə | mənbəni redaktə et]
  1. "Бовза хьай Дайхмохк 5 февраля в 00:00 (2015 г.)". 2019-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  2. "Закон Чеченской Республики от 17 октября 2018 года N 47-РЗ «О преобразовании Курчалойского сельского поселения Курчалоевского муниципального района Чеченской Республики и о внесении изменений в Закон Чеченской Республики „Об образовании муниципального образования Курчалоевский район и муниципальных образований, входящих в его состав, установлении их границ и наделении их соответствующим статусом муниципального района и сельского поселения"»". 2019-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  3. "Çeçenistan xəritəsi". 2012-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  4. "Новейшие географические и исторические известия о Кавказе. Часть II. С. М. Броневский с.175". runivers.ru. 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-14.
  5. "Н. Г. Волкова этнический состав - Документ". refdb.ru. 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-14.
  6. "Историческое топографическое статистическое этнографическое и военное описание Кавказа И. Ф. Бларамберг с.356 - 357". runivers.ru. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-14.
  7. "Путешествие по Кавказу в 1770-1773 гг И. А. Гюльденштедтом с. 241". runivers.ru. 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-14.
  8. "Журнал ЗВЕЗДА". zvezdaspb.ru. 2019-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  9. "Н. Г. Волкова этнический состав - Документ". refdb.ru. 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  10. "МЫЧКИЗЫ". www.vostlit.info. 2019-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-26.
  11. "Lib.ru/Классика: Бларамберг Иван Фёдорович. Историческое, топографическое, статистическое, этнографическое и военное описание Кавказа". az.lib.ru. 2019-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-26.
  12. kavkaz. "Историческое, топографическое, статистическое, этнографическое и военное описание Кавказа - Страница 165 из 202" (rus). История Черноморского побережья Кавказа. 2016-07-18. 2019-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-26.
  13. "Бларамберг. Описание Кавказа" (rus). Лаборатория обычного права. 2017-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-26.
  14. "Чеченскому селу Курчалой планируют придать статус города". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  15. "Город Курчалой появился в Чечне". 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  16. "Закон Чеченской Республики от 29.12.2018 № 76-РЗ «О преобразовании сельского населённого пункта — села Курчалой»". 2019-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  17. "Россия / Rossija". pop-stat.mashke.org (ingilis). January 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  18. "Том 1. Численность и размещение населения". www.gks.ru (rus). Федеральная служба государственной статистики. September 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  19. "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2012. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  20. "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2013. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]