Kuraqari aşırımı

Kuraqari aşırımı
34°39′57″ şm. e. 135°40′17″ ş. u.HGYO
Ölkə  Yaponiya
Kuraqari aşırımı (Yaponiya)
Kuraqari aşırımı Vikianbarda

Kuraqari aşırımı (暗峠, Kuraqari-toqe?)Yaponiyanın Nara prefekturasının İkoma şəhərində yerləşən aşırım. Yaponiyanın ən dik yamac yolu hesab olunur.[1]

Tarixi və etimologiyası

[redaktə | mənbəni redaktə et]

Müasir yapon dilində "kuraqari" sözü "kölgəlik" və ya "qaranlıq" mənasını verir. Aşırımı əhatə edən sıx ağaclıq səbəbilə aşırımın bu adı aldığı güman olunur. Digər versiyaya görə isə aşırımın adı "kura-qari" (hərf.yəhərə borclanma) və ya "kura-qaeri" (hərf.yəhər fırlatma) ifadələrindən yaranmışdır. Bu versiya isə aşırımın dikliyinin atlar və atlılar üçün təşkil etdiyi təhlükə ilə əlaqələndirilir.[1]

Kuraqari aşırımı Edo dövründə İkoma dağlarını keçən və Nara ilə Osakanı birləşdirən tarixi yolun vacib nöqtəsi olmuşdur. Belə ki, Yamato vilayətinin Koriyama hanı yolu çay daşları ilə döşəmiş və İkomadan keçən daymyolar üçün poçt məntəqəsi qurmuşdur.[1] İse məbədinə gedən zəvvar yolu buradan keçirdi.[2] Yolun daş döşəməsi müasir dövrə qədər salamat qalmışdır və hazırda isə Yaponiya Milli Magistralı 308-in bir hissəsidir.[1]

Yaponiya şairi Matsuo Başo 1694-cü ildə müalicə almaq məqsədilə getdiyi yerdən qayıdarkən bu aşırımdan keçmişdir. Bu hadisənin xatirəsinə yolda Matsuo Başonun bir şeirinin əks olunduğu abidə qoyulmuşdur.[2]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Kuraqari aşırımı Yaponiyada ən dik yamac yolu hesab olunur. Təcrübəsiz sürücülərin bu yoldan keçməməsi tövsiyə edilir. Aşırımın ən maili nöqtəsi 31°-dir.[1] Aşırım milli magistralın bir hissəsini təşkil etsə də, yol dardır: eni 2,3 metrə qədər enə bilir. Bu səbəbdən yolda parkinq qadağandır və güclü yağışlar zamanı yol hərəkəti məhdudlaşdırılır.[2]

  1. 1 2 3 4 5 "Kuragari Pass". Atlas Obscura (ingiliscə). 1 noyabr 2023. 2023-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2024.
  2. 1 2 3 "ベタ踏み坂より急 酷道308号、東大阪・暗峠をゆく". Nikkei.com (yaponca). 15 fevral 2024. 2024-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2024.