Kurilskoe gölü[1][2] — Kamçatka yarımadasının cənubunda, Cənubi Kamçatski yasaqlığı ərazisində mövcud olan krater mənşəlli göl. İnzibati cəhətdən Rusiya Federasiyası Kamçatka diyarı Ust-Bolşereskom rayonu ərazisində yerləşir.
Kurilskoe gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 104 m |
Eni | 10 km |
Uzunluğu | 12 km |
Sahəsi | 77,1 km² |
Həcmi | 14,2 km³ |
Dərin yeri | 316 m |
Orta dərinliyi | 195 m |
Minerallaşma tipi | Şirinsulu |
Şəffaflığı | 6—11 m |
Yerləşməsi | |
51°27′26″ şm. e. 157°05′55″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Yerləşməsi |
Kamçatka diyarı (Rusiya) |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu ad təqribən 1711-ci ildə İvan Kozırevski tərəfindən o zamanlar göl ətrafında yaşayan Kuril adlı aynu qəbiləsi şərəfinə verilmişdir.
Stepan Kraşeninnikov «Kamçatkanın təhlükəli torpaqları» kitabında gölün adını Ksuy və ya Ksuay olaraq göstərir.
Gölün ilk təsvirini Qeorq Steller 1740-cı ildə vermişdir. 1908 və 1909-cu illərdə Fyodor Ryabuşkinin ekspedisiyası göldə bir sıra araşdırmalar aparmışdır.
Kamçatkanın sahəsinə görə 3-cü ən böyük gölüdür və 77 km² sahəni əhatə edir. Gölün orta dərinliyi 195 m, maksimal dərinliyi 316 m[3] təşkil edir. Əsasən qar və yağış suları ilə qidalanır. Suyunun səviyyəsi 1,3 m (maklsimal səviyyə may-iyun, ən aşağı səviyyə isə aprel) olaraq dəyişə bilir. Sentyabr ayında sahilində orta temperatur 7,6 °C, maksimal temperatur isə 10,8 °C təşkil edir.
Gölün şimal-şərqində İlinskaya sopka adlı vulkan yerləşir. Göldə bir neçə ada vardır ki, onlardan ən iriləri Samanq (0,66 km²), Çayaçi, Serdçe, Nizki və Qlinyanıdır. Gölün cənubunda Tuqumınk, şimal-qərbində Pulomnik burunları vardır. Tyoplaya buxtası sahilindən isti mineral mənbə çıxır. Gölün sahilləri gilli suxurlara sahib çimərliklərdir[4].
Gölə çay və axarlar tökülür: Ətamınk, Xakısın, Viçenkiya, Kiruşutk, Qavryuşka, Oladoçnı axarı və digərləri. Gölün özündən Ozyornaya çayı Oxot dənizinə axır.
Səthdən buxarlanma 0,294 km³/il təşkil edir. Göl yavaş su mübadiləsi olan su tutarlarına aiddir. Tam su mübadiləsi müddəti orta hesabla 17,4 ildir.
Gölün ən məşhur canlısı Nerkalardır. Gölün kənarında heç də az olmayan sayda qonur ayı populyasiyası vardır. Onların ümumi sayı 200 başı keçir.
Cənubi Kamçatka Federal Qoruğu ərazisi və Kronos Dövlət yasaqlığı ərazisi 1996-cı ildə YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.