Kursk Atom Elektrik Stansiyası (KuAES) — Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşən atom elektrik stansiyası. O, ümumi gücü 2 QVt olan iki işləyən enerqoblokdan ibarətdir. Kursk AES-in enerji bloklarının resursu tükəndiyi üçün onların gücü Kursk AES-2 aqreqatları ilə əvəz olunacaq.
Kursk AES | |
---|---|
Курская АЭС | |
Ümumi məlumatlar | |
İstismara verilib | 12 oktyabr 1977 |
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 4.000 MVt |
Digər məlumatlar | |
Sayt | rosenergoatom.ru/station… |
Yerləşməsi | |
51°40′30″ şm. e. 35°36′20″ ş. u.HGYO | |
Ölkə | |
Yer | Kursk vilayəti |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kursk AES Rosenerqoatom Konserni ASC-nin filialıdır.
Stansiyada 5 mindən çox insan çalışır.[1]
2021-ci ildə elektrik enerjisi istehsalı 25,1 milyard kilovat-saat təşkil etmişdir.[2]
Kursk Atom Elektrik Stansiyası Rusiyada, Kursk vilayətinin Kurçatov şəhərində, Kursk şəhərindən 40 km qərbdə, Seym çayının sahilində yerləşir.[3]
Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi ərazi 100 ildə 1 dəfə təkrarlanan 5 ballıq seysmik zonaya və hər 10,000 ildə bir dəfə təkrarlanan 6 ballıq seysmik zonaya aiddir.[4]
2019-cu ildə rejissor Danila Kozlovskinin "Çernobıl" bədii filmi Kursk Atom Elektrik Stansiyasının tikintisi başa çatmamış beşinci blokunda çəkilmişdir.[5]