Kutammaku və ya Batammariba torpağı — Toqonun şimalında yerləşən və 2004-cü ildə UNESCO-nun Ümumdünya irsi təyin edilmiş mədəni landşaft.[1] Ərazidə hələ də üstünlük verilən ənənəvi palçıq qalalar var. Ənənəvi palçıq evləri Toqonun milli simvolu kimi tanınır. Bu evlərin çoxunda iki mərtəbə, bəzilərində isə yastı bir dam var.
Katammaku | |
Koutammakou, the Land of the Batammariba [* 1] | |
Ölkə | Toqo |
---|---|
Tip | Təbii |
Kriteriya | (vi), (v) |
Keçid | 1140 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 2004 (28 sessiya) |
|
|
2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Şöbəsi (ICH), abidələrin Ümumdünya irsi siyahısına yazılmasını tamamlamaq üçün "Batammaribanın qeyri-maddi mədəni irsinin mühafizəsi"-ni qurdu. Məqsəd, nəsillərarası ötürülmədə davamlılığın təmin edilməsi və mədəniyyətin bütün vacib sahələrində bacarıq və biliklərin qorunması idi. Bu proqram, Mədəniyyət Nazirliyi və Toqonun İbtidai Təhsil Nazirliyi tərəfindən koordinasiya edilmişdi.[2]
UNESCO, Kutammakuya 2018-ci ilin oktyabrın 19-dan 24-dək yağan yağışların yaşayış və qeyri-maddi irsə vurduğu ziyanı qiymətləndirmək üçün təcili bir missiya təşkil etdi.[3]