Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
KutSan — rütbəsi iki sözün Kut və San sözlərinin birləşməsindən yaranmışdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kut (Qut) — Tanrının Göydən işıq (nur) vasitəsilə insanlara göndərdiyi uğurlu ruha (cana) inanan qədim türklər bu olayı Kut (Qut) adlandırmışdırlar. Kutlu soydan birinin başçı seçilməsi ilə gerçəkləşən seçimi xalq etsə də, bu, qurultayda seçilən Xaqanın Tanrı Kutu alması kimi dəyərləndirilirdi. Sonralar Kut (Qut) sözü “ruh” anlamında şamanizm termini kimi işlənmişdir.
Kut (Qut) sözü türk onomastikası üçün də doğmadır. Belə ki, Kut Tengri Xatuni, Kutan, Kutluğ, Qutqan, Kutlu/Qutlu, Kutadmış, Qutalmış kimi Türk şəxs adlarında görünən bu sözün ruh, can, uğur, müqəddəs anlamları türk dillərində bu gündə işlənir. Kitabi Dədə Qorqutda “ Bu ad, bu igidə qutlu olsun!” və Manas eposunda “Kuyruğuna kut düşmüş, Kutlu kula at kiminki?” deyimləri Kut (Qut) sözünün qutsal anlamını yaşadır. Təsadüfi deyil ki, ilk türk dövlətlərindən biri Qut (Quti) adlanır. “Hökmdarlar iqtidarı Tanrıdan alırlar!” deyimini bizə çatdıran “Kutadğu Bilig” abidəsinin adında işlənən kutadğu sözünün özü də hakimiyyət, iqtidar anlamına gəlir.
Kut alıb başçı seçilən şəxs dağınıq boyları toplayıb xalqın gücünü artırmalı, acı doyurub, çılpağı geyindirməli, xalqın iqtisadi durumunu yüksəltməli, ədaləti, törəni, asayışı təmin etməli idi. Bu səbəblə, türklər hər kəsi deyil, problemləri çözməyə qadir olan təcrübəli kişilərdən başçı seçirdilər, çünki “Təcrübəli insan elin-günün işini bilir” - “Kutadğu Bilig”. Beləliklə Türk dövlətçilik gələnəyində Kut o kəsə verilir ki, o, ədalətli, cəsur və ağıllı olsun, toplumun qəbul etdiyi törəyə uyğun gələnəksəl dəyərləri, qanunları qoruya bilsin, bir sözlə, Tanrı verən qüdrətlə başqalarından fərqlənən xarizmatik tip olsun.
San — Ün, şan, şöhret, nişan, əlamət, hörmət və ya ifadə etmə sözü. Görəvli simalara, şəxslərə, xüsusi Titul verilərkən öncə və ya sonra istifadə edilən söz.
KutSan titulu Alpaqut (döyüş sənəti)nin qurucusuna aid bir rütbədir.