Alpaqut — Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.[1][2][3]
İdman növünün adı Mahmud Qaşqarlı tərəfindən XI əsrdə yazılmış Divanü Lüğat-it-Türk kitabından götürülüb.[4][5]Bu kitabda "alpaqut" sözü 3 dəfə çəkilib.[6] Alpaqut cəsur döyüşçü, igid deməkdir.[7][8][9] İdman növü Vasif Namazov tərəfindən yaradılıb. 2014-cü il fevralın 12-də Dünya Alpaqut Federasiyası fəaliyyətə başlayıb.[10][11] 2022-ci il mayın 17-də Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE) Dünya Alpaqut Federasiyasını rəsmi olaraq üzvlüyə qəbul edib.[12][13][14]
Döyüş növü qədim türklərin Təktanrçılıq fəlsəfəsini özündə əks etdirir. İdmançılar qədim türk döyüşçülərinin geyimi əsasında yaradılmış Çapan adlı geyimdə döyüşlərə çıxırlar.
Börü (3 x 3) və Berkut (6 x 6) tipli yarış meydanları var.
Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası KutsanVasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur.[17] Bu idman növü Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır.[18]
Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan Alpaqut adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli № 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014-cü il tarixli iddia sənədinin 201400542 nömrəli Patent Şəhadətnaməsidə verilmişdir. Əlavə olaraq, Alpaqut idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin 16.10.2015 tarixli 04/C-8157–15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur.
Alpaqut idman növünün beynəlxalq arenada inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında qurum 12 fevral 2014-cü il tarixində B14003831 saylı sənədinə əsasən beynəlxalq idman təşkilatı kimi qeydiyyata alınmışdır.
Alpaqut idman növü kimi aşağıda qeyd olunan beynəlxalq idman təşkilatları tərəfindən rəsmən tanınır.
7–8 oktyabr 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində, Bilal Erdoğanın rəhbərliyi altında Beynəlxalq Etnospor Konfederasiyasının təsis qurultayında və təqdimat konransında Vasif Namazov Alpaqut döyüş sənətini təqdim etmiş və Dünya Alpagut Federasiyasını isə təmsil etmişdir.[23][24]
Azərbaycan Gənclər və İdman Nazirliyinin, Dünya Alpaqut Federasiyası və Beynəlxalq İdman Hamı üçün Assosiasiyasının (TAFİSA) təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Dünya Alpaqut Federasiyasının TAFİSA ya daimi üzv olması münasibətilə mətbuat konfransı keçirilib.[25][26]
Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası 24.05.2022 Berlin, Almaniya[27][28]
Beynəlxalq İdman Hamı üçün Assosiasiyası TAFİSA 07.12.2022 Düsöldörf, Almaniya[29][30][31]
Beynəlxalq Etno Oyunlar Konfederasiyas NomadGames 01.05.2023 Bişkek, Qırğızıstan[32]
Beynəlxalq Ədalətli Oyunlar Komitəsin FairPlay 10.05.2023 Paris, Fransa[33]
Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı (ISNO) 26.11.2023 Bern, İsveçrə[34]
Dünya Alpaqut Federasiyası (DAF) Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatına qeydiyyata alınıb.[35]
2014-cü ilin əvvəlindən Alpaqut Turan Döyüş sənətinin qurucusu KutsanVasif Namazovun təşəbbüsünə əsasən, Alpaqut idman növünün inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında Beynəlxalq İdman Təşkilatının yaradılması qərarı verildi. Federasiyanın təsis olunmasında Gürcüstan Respublikasından Müşfiq Əliyev, Faiq Məmmədov, Azərbaycandan isə Fərid Əlizadə və Vasif Namazovun özü iştirak etdi. 5 nəfərdən ibarət yaradılan idarə heyəti, federasiyaya ilk Prezident Fərid Əlizadəni seçdi və 12 fevral 2014-cü il tarixindən etibarən federasiya rəsmən qeydiyyatdan keçərək fəaliyyətə başladı.[36]
2015-ci il tarixindən etibarən, Alpaqutun inkişafı naminə Dünya Alpaqut Federasiyasının yenidən formalaşmasına qərar verildi. 12 yanvar 2015-ci il tarixində Fərid Əlizadə və federasiyanın strukturu istefa verdi. 18 mart 2015-ci il tarixində, Azərbaycanda Atatürk Mərkəzində, Dünya Alpaqut Federasiyasının ümümi yığıncağı növbədənkənar qurultay çağırdı. Toplantıda Dünya Alpaqut Federasiyasının İdarə heyətinin tərkibi aşağıdakı kimi müəyyən olundu: 1. Araz Abdullaev 2. Asiman Abdurrahmanov 3. Kamil Yusubov 4. Faiq Məmmədov 5. Arzu Eyvazov 6. Anar Khalilov 7. Elnur Hüseynov 8. Əkbər Goşalı 9. Vasif Namazov. Qədimdə türklər, müasir dövrdə olan vəzifələri titul şəklinə çevirərək, insanların vəzifə və borclarını müəyyən olunurdu. Alpaqut Federasiyasının bəzi məsul şəxsləri də bu cür titullara sahibdirlər. Alınan qərarlara görə, Azərbaycan Respublikasının Deputatı Nizami Cəfərov Dünya Alpaqut Federasiyasının yeni Prezidenti seçildi. Qurumun bundan əvvəlki Prezidenti iş adamı Fərid Əlizadə isə Dünya Alpaqut Federasiyasının Fəxri Prezidenti elan olundu.[37][38]
9 yanvar 2015 tarixində Dünya Alpaqut Federasiyasının idarə heyəti növbədən kənar toplantı çağırdı. Toplantıda Azərbaycan Respublikasının Deputatı Qənirə Paşayeva Dünya Federasiyasının 1-ci Vitse-Prezidenti və daha öncə federasiyanın 1-ci vitse prezidenti vəzifəsini icra edən Araz Abdullasoy isə Federasiyasının Hüquq məsələləri üzrə Vitse-Prezident vəzifəsinə seçildi.[39][40][41][42]
30 avqustun 2022-ci ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Dünya Alpaqut Federasiyasının üçüncü qurultayı keçirildi. Qurultayda Dünya Alpaqut Federasiyasının idarə heyəti üzvlərinin yeni tərkibi seçildiː Jalə Əhmədova, Könül Nurullayeva, Vasif Namazov, Betül Altıntaş, Qüdrət Nuriyev, Fərid Əlizadə, Faiq Məmmədov, Nuranə Şıxəliyeva, Amanjol Tuberov, Emil Rəhimov, Ali Gurbani idarə heyətinin üzvləri, Vasif Namazov idarə heyətinin sədri, Jalə Əhmədova federasiyanın prezidenti, Könül Nurullayeva birinci vitse-prezident, Emil Rəhimov, Fərhad Əliyev vitse-prezident seçildilər.[43] Bundan əvvəl federasiyaya rəhbərlik edən Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva qurultayda Dünya Alpaqut Federasiyasının fəxri üzvü seçildi.[44][45][46][47]
Dünya Alpaqut Federasiyası fəaliyyətə başladığı gündən etibərən müxtəlif ölkələrdə təqdimatlar, seminarlar, beynəlxalq turnirlər keçirdi. 2016-cı ildən etibarən daha böyük həcmdə Dünya kuboku və Dünya çempionatlarının keçirilməsinə start verdi. 2018 və 2019-cu illərdə Bakıda təşkil edilən Dünya çempionatlarını Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirmişdir.