Kuvalt — uzun bir dəstəyə bərkidilmiş böyük, yastı, adətən başlıq hissəsi metaldan olan alətdir O, toxmaq ilə bərabər geniş bir əraziyə (sahəyə) güc (qüvvə) dağıtmaq qabiliyyətinə malikdir. Bu alət, digər çəkiclərdən fərqli olaraq, qolun yellənməsi hərəkəti ilə əldə edilən gücü nisbətən kiçik bir sahədə cəmləşdirir. Kuvaltlardan əsasən iki əllə istifadə edirlər.
Bu alətlərin dəstək (tutağac, sap, sopa) hissələrinin uzunluğu 50 sm ilə 1 m arasında dəyişir. Alətin dəstək hissəsinin uzunluğu başlıq hissəsinin çəkisindən və təyinatından asılı olaraq dəyişiklik nümayiş etdirir. Başlıq hissələrinin uzunluğu isə 1-9 kq arasında dəyişir.
Kuvaltlardan söküntü işlərində müntəzəm olaraq istifadə olunur. Xüsusilə də əl ilə həyata keçirilən söküntü işlərində divarları yıxmaq, xarabalıqları dağıtmaq və ya parçalamaq üçün əlverişlidir. Kuvaltlardan həmçinin mədənçıxarma və dəmir-polad sənayesində yüksək güc tələb edən qırmaq, dağıtmaq, əzmək və xırdalamaq kimi işlərdə geniş bir formada istifadə olunur.