Kvantun yarımadası

Kvantun yarımadası (çin. 關東) — Çinin şimal-qərbində yerləşən yarımada. Lyaodun yarımadasının cənub-qərb qutaracağını təşkil edir.

Kvantun yarımadası
Yerləşməsi
38°55′ şm. e. 121°22′ ş. u.HGYO
Akvatoriya Sarı dəniz
Ölkə  ÇXR
Kvantun yarımadası xəritədə
Kvantun yarımadası
Kvantun yarımadası

Sin imperiyası dönəmində Lyaonin vilayəti ərazisinə daxil idi. Çin-yapon müharibəsi sonrası yarımada Simonosek müqaviləsinə əsasən Yaponiyaya verilir. Ancaq Fransa, Rusiya və Almaniyanın təzyiqi ilə ərazi yenidən Çinə qaytarılır.

1897-ci ilin dekabr ayında rus hərbi-dəniz qüvvələri Lyayşunkou limanına daxil olur. Bura rəsmi olaraq Port-Artur adlandırılır. 1898-ci ilin martında Rusiya rəsmi olaraq 25 illiyinə[1]. Admiral Yevgeni Alekseev bölgənin komandanı elan edilir.

1899-ci ildə ruslar yarımada Dalnı şəhərini inşa edirlər. Sonradan şəhər Dalyan olaraq adlandırılır. 1898-ci ildə Rusiya yarımadadan Xarbin şəhərinə Cənubi-Mancuriya dəmir yolunun inşasına başlayır. Rus-yapon mübaribəsində rusların acınacqlı məğlubiyyətindən sonra Portsmunt müqaviləsinə əsasən yarımada Yaponiyanın mülkiyyəti elan edilir. Port-Artur Ryojun, Dalnı isə Daryan adlandırılır.