Kvazi pul

Kvazi pul - Qanuni ödəniş vasitəsi kimi istifadə oluna bilinməyən, yalnız maliyyə öhdəliklərinin icrası üçün istifadə oluna bilən yüksək likvidli maliyyə aktivləri. Kvazi pulun təyin edilməsi üzrə müxtəlif metodologiyalar mövcuddur. Əksər beynəlxalq maliyyə institutlarının metodologiyalarına görə bankın müddətli və yığım hesabları, eləcə də daha likvid xarakterə malik maliyyə alətləri kvazi pul hesab olunur. Kvazi pul ölkədə tədavüldə olan pul kütləsinin əsas hissəsini təşkil edir.  [1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.136