Kwik-E-Mart

Kwik-E-MartSimpsonlar cizgi-serialında bir mağaza. 7-ElevenWawa Inc kimi amerikan marketlərinin parodiyasıdır və onlarla bağlı stereotipləri əks etdirir. Yüksək qiymətləri və mallarının keyfiyyətsizliyi ilə məşhurdur. Onu Apu Nahasapeemapetilon adlı bir Hind-Amerikalı personaj idarə edir. İlk olaraq "Danışan baş" adlı buraxılışda ortaya çıxmış və o vaxtdan bəri Simpsonlar cizgi-serialında bir çox buraxılışda çıxmış və adi bir hala gəlmişdir.

Kwik-E-Mart
Tip Market
Ölkə ABŞ ABŞ
Janr Sitkom
İdarə edən Simpsonlar
Tanınmış yerləri Sprinqfild
Personajlar Apu Nahasapeemapetilon
Sanjay Nahasapeemapetilon
İlk görünüş Danışan baş

Real Həyat versiyası

[redaktə | mənbəni redaktə et]
Kwik-E-Mart real həyatda mağaza.

2007-ci il, İyul ayında, ümumiyyətlə Kwik-E-Martın cizgi-filmdə mühüm yer tutmasından etibarən, ABŞ marketlər zənciri olan 7-Eleven, insanları Simpsonlar cizgi-serialına təşviq etmək üçün Kanada və ABŞ-dakı ümumilikdə 11 mağazasının adını dəyişərək Kwik-E-Mart qoyur. Konsepsiya, ilk dəfə 2007-ci ildə Fox Reklam Şirkəti tərəfindən elan edilmişdir. Bu hadisədən sonra, 7-Eleven mağazası bu təklifi qəbul edir və 10 milyon $ ödəniş edir. Bununla yanaşı, bu marketlərdən, Simpsonlar cizgi filmində yer alan Slurpee içkisini alan hər bir şəxsə, Simpsonlar cizgi-seriyasını izləmək üçün olan veb-səhifəyə pulsuz aktivasiya kodu verilirdi və bu strategiya, 7-Eleven mağazalarının gəlirlərini 30% artırdı.