Kxon şəlaləsi

Kxon (laos ຂກົກນເກະ ຜກະ ຜເກະງ) — Laosda şəlalə. Mekonq çayı üzərində yerləşən Kxon şəlaləsi ölkənin Tyampasak əyalətində, Kamboca sərhəddi yaxınlığındadır. Şəlalə kaskad tiplidir və astanalardan ibarətdir.

Kxon
laos ຂກົກນເກະ ຜກະ ຜເກະງ
Ümumi məlumatlar
Hündürlüyü ≈21 m
Eni 10 000 m
Su sərfi 11.000 m³/s
Çay Mekonq çayı
Yerləşməsi
13°59′53″ şm. e. 105°56′26″ ş. u.HGYO
Ölkə  Laos
Region
  • Tyampasak
Kxon xəritədə
Kxon
Kxon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Şəlalə Kamboca sərhəddindən 3,5 km şimalda yerləşir. Əslində Kxon böyük astanadır. Şəlalənin rəsmi adı Khonephapheng Waterfaldır. Dünyada daha çox Kxon kimi tanınır. Bəzən Kon terminidə işlədilir. Ehtimal olunur ki, şəlaləni 1920-ci ildə E. Kxoxan adlı səyyah aşkar etmiş. Onun şərəfinə şəlalə belə adlandırılmış.[1] Hündürlüyü 21 metrdir. Eni 9,7 km, adalarla birlikədə 10,7 km-dir. Bu göstəriciyə görə Kxon dünyanın ən enli şəlaləsi hesab olunur.[2] Məhs Koxn şəlaləsinə görə Mekonq çayı gəmiçiliyə yararsızdır. Şəlalə olduğu bölgədə Mekonq genişlənmiş və minlərcə kiçik ada meydana gəlmişdir. Ərazi Si Phan Don ("4000 ada") adlanır. Əslində adaların rəsmi sayı 3700-dir. Mövsümlə bu say dəyişir.[3] Çayda su axımı orta hesabla 11 600 м³, maksimal göstərici 49 000 m³-dir.[4] Bu göstəricilərə görə Kxon şəlaləsi dünyanın beşinci ən gur sulu şəlaləsi hesab olunur. Şəlalədə iki əsas kaskad var: Khong Phapheng (Mekonqun şərq sahilində), hündürlüyü 18 metr və Tad Somphamit (Mekonqun qərb sahili).

XIX əsrin sonlarında fransız kolonizasiya zabitləri Frensis QarneErnesta Dudarta de Laqri dəfələrlə Vyetnamla Çin arasında tıcarət yolu axtarışına çıxmış və uğursuzluğa düçar olmuşlar. Şəlalə bölgəsi gəmiçiliyə yararsız olduğundan sonda Don-Dete və Don-Xon adaları arasında dəmryolu çəkilmişdir.[5]

Laosun paytaxtı Vyentyandan şəlaləyə qədər olan birbaşa məsafə 600 km (əyər magistiral yolla hesablansa 820 km). Ən yaxın aeroporta qədər məsafə də təxminən o qədərdir. Ümumiyyətlə Kxon şəlaləsinə getmək turistlər üçün çox asandır. Ətrafı müşahidə etmək çox əlverişlidir. Şəlaləyə həmçinin qayıqla da getmək mümkündür. Yaxınlıqdaki Ban Nakasanq kəndindən müntəzəm avomobillər və qayıqlar fəaliyyət göstərir. Paske şəhərindən Nakasanq kəndinə gün ərzində dörd avtobus marşurutu var : 7:00, 8:30, 10:00, 11:30.[6]

Heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Bölgədə endemik Hemimyzon khonensis (Balitorlar) balıqları yaşayır.[7] Bundan başqa şəlalə ətrafında dünyada çay Naqqa balığının plabuck adlı ən böyük nümayəndələri mövcuddur. Bəzən uzunluğu 3 metrə çatır, çəkisi isə 293 kq olur.[8] Ərazi ölkənin qorunan ərazilərindən biridir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Водопад Кон (Кхон)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
  2. "World's Largest Waterfalls. By Average Width". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
  3. 4000 островов (Si Phan Don)
  4. World's Largest Waterfalls. By Average Volume Arxivləşdirilib 2018-10-20 at the Wayback Machine.
  5. "The Only Railway (Ever) in Laos". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
  6. "Водопад Кхон". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
  7. Kottelat, M. 2012. Hemimyzon khonensis Arxivləşdirilib 2018-06-02 at the Wayback Machine
  8. "National Geographic News Photo Gallery: Giant Catfish Faces Dam Risk in Asia". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.