Kyonqido (kor. 경기도) — Koreya Respublikasının şimal qərbində yerləşən əyalət. Seul və İnçon şəhərləri ilə əhatə olunmuşdur. Şərqdən Qanqvon-do, qərbdən Sarı dəniz, cənubdan Çunqçonqnam-do ilə əhatə olunmuş, şimalda isə Koreya Xalq Demokratik Respublikası ilə həmsərhəddir. Əyalətin paytaxtı Suvon şəhəridir, Iycoqnbu şəhərində isə Kyonqido əyalətinin Şimal Bürosu təsis edilmişdir.
Kyonqido | |
---|---|
37°30′ şm. e. 127°15′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
gg.go.kr | |
Vikianbarda əlaqəli mediafayllar |
Kyonqido e.ə 18-ci ildən, Koreyanın Üç Krallıq dövründə üç hissəyə bölündüyü dövrdən başlayaraq siyasi əhəmiyyətli bir əyalət idi. E.ə 18-ci ildə Han Çayı hövzəsində Bekçenin əsası qoyulduqdan sonra 4 əsrin sonuna qədər Bekçenin mərkəzi funksiyasını yerinə yetirmişdir. 396-cı ildə Qoquryo Bekçeyə hücum edib Han çayının şimalını işğal etdi. 475-ci ildə isə Han çayının cənubu da işğal edildikdən sonra Kyonqidonun böyük bir hissəsi Qoquryonun hakimiyyəti altına keçdi. Bekçenin (Üç Krallıqdan biri) banisi Kral Onco Hanamın Viryesonq ərazisində hökumətin əsasını qoyduqdan sonra Han Çayı vadisi 5-ci əsrin ortalarında Qoquryonun bir parçası oldu və 553-cü ildə (Kral Cinhınqın hakimiyyətinin 14-cü ili) Şillanın ərazisinə çevrildi. 9-cu əsrin sonlarında Şilla krallığı hərc-mərcliyə düçar olar-olmaz Kyonqidonun müxtəlif yerlərində adlı-sanlı ailələr önə çıxmağa başladı və 898-ci ildə Gung Ye Kyonqidonun bütün ərazisində bu xaosu yatırdı. Gung Ye tərəfindən əsası qoyulan Tebonq dövlətinin paytaxtı isə Songak oldu. 918-ci ildə Songakın güclü ailələrindən olan Vang Geon Gung Yeni taxtdan salıb Qoryo dövlətinin əsasını qoydu. Kyonqido Qoryonun mərkəzi ərazisi olaraq inkişaf etməyə Kral Teconun paytaxtı Kesona köçürməsi ilə başladı.1018-ci il (Qoryo kralı Hyonconqun hakimiyyətinin 9-cu ili)dən etibarən bu ərazi rəsmi olaraq "Gyongi" adlandırıldı.
Qoryodan sonra əsası qoyulan Coson sülaləsi dövründə Kral Teco Hanyanqı paytaxt olaraq təyin etdi və Kyonqido ərazisini yenidən quraraq cənub-şərq bölgəsi ilə birlikdə Qvanqcu, Suvon, Yocu və Ansonqu da onun tərkibinə daxil etdi. Kral Teconq və Böyük Kral Seconqun dövründəki Gyongi regionu indiki Kyonqido əyalətinin inzibati ərazisinə çox bənzəyir.
1895-ci ildə inzibati əraziləri yenidən nizamlayan 23-Bu (hissə, bölmə) sistemi tətbiq edildi. Gyongi bölgəsi Hansonq (müasir Seul ərazisi; Hanseong-bu; 한성부; 漢城府), İnçon (Incheon-bu; 인천부; 仁川府), Çunqcu (Chungju-bu; 충주부; 忠州府), Qonqcu (Gongju-bu; 공주부; 公州府) və Keson (Kaesong-bu; 개성부; 開城府) ərazilərinə bölündü.
İl | Əhali sayı | Qeyd |
---|---|---|
1925-ci il | 1,889,899 nəfər | |
1930-cu il | 2,231,367 nəfər | |
1935-ci il | 2,528,834
nəfər |
|
1940-cı il | 2,715,746 nəfər | |
1945-ci il | 2,974,135 nəfər | |
1950-ci il | 2,648,688
nəfər |
1949-cu ildə Seul əhalisinin sayında azalma |
1953-cü il | 1,758,858
nəfər |
Koreya müharibəsi ilə əlaqədar ortaya çıxan çoxsaylı qaçqın problemi |
1955-ci il | 2,353,407
nəfər |
|
1960-cı il | 2,745,620
nəfər |
|
1965-ci il | 3,050,695
nəfər |
|
1970-ci il | 3,354,787
nəfər |
|
1975-ci il | 4,034,943
nəfər |
|
1980-ci il | 4,928,431
nəfər |
|
1985-ci il | 4,772,845
nəfər |
1981-ci ildə İnçon əhalisinin sayında azalma |
1990-cı il | 6,137,227
nəfər |
|
1995-ci il | 7,640,078
nəfər |
1995-ci ildə İnçondakı Qanqhva-qun və Onqcin-qunun birləşdirilməsi |
2000-ci il | 8,961,533
nəfər |
|
2005-ci il | 10,335,343
nəfər |
|
2010-ci il | 11,484,241
nəfər |
|
2011-ci il | 11,801,231
nəfər |
|
2012-ci il | 11,948,596
nəfər |
|
2013-cü il | 12,107,216
nəfər |
|
2014-cü il | 12,245,960
nəfər |
|
2015-ci il | 12,366,711
nəfər |
|
2016-cı il | 12,536,474
nəfər |
|
2017-ci il | 12,728,620
nəfər |
|
2018-ci il | 12,890,445
nəfər |
|
2019-cu il | 13,090,648
nəfər |
|
2020-ci il | 13,700,000
nəfər |